Birinci sinif yumşaq buğda toxumlarının hər kiloqramında ən çox 5 alaq toxumu olmasına yol verilir. Cücərmə qabiliyyəti isə 95%-dən aşağı olmamalıdır;
İkinci sinifdə hər kiloqram toxumda 25 alaq toxumu olmasına yol verilir. Cücərmə qabiliyyəti azı 90% olmalıdır;
Üçüncü sinif toxumların bir kiloqramında 50 alaq toxumu olmasına yol verilir. Cücərmə qabiliyyəti ən azı 90 % olmalıdır.
Taxıl əkini sahələrindən yüksək və təmiz məhsul almaq üçün birinci sinif toxumlar səpilməlidir. Yalnız onlar olmayanda ikinci sinif toxumların səpilməsi mümkündür.
Üçüncü sinfə aid olan toxumların cücərmə qabiliyyəti aşağı olanda fermer məcburdur ki, səpin normasını artırsın. Bu isə sahəyə keyfiyyətli toxumlarla bərabər keyfiyyətsiz, cücərməyən toxumların da əkilməsi deməkdir.
Toxumun təmizliyi dedikdə, ilk növbədə, səpilməyə götürülmüş toxumun içərisində əzilmiş, büzüşmüş, cücərmiş və ya çürümüş toxumlar, başqa bitkilərin toxumları, eləcə də alaq toxumları, küləş qırıntıları, torpaq topacıqları, qum və s. olmaması başa düşülür.
Qida vasitəsilə yayılan xəstəliklərərin insana keçməsinin qarşını almaq üçün aşağıda qeyd edilən tövsiyələrə əməl etmək lazımdır:
· Son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək.
· Pasterilizasiya (qaynadılmamış) edilməmiş süd və süd məhsullarından istifadə etməmək.
· Qutusu zərər görmüş və ya qapağı boşalmış, son istifadə müddəti keçmiş konservləri istifadə etməmək.
· Meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra yemək.
· Ət, toyuq, balıq, süd məhsulları kimi tez xarab olan məhsulları uyğun müddətdə və temperaturda bişirmək.
· Yumurtanı bişirmədən öncə yumaq.
· Yeməklərinizi günlük olaraq hazırlamaq. Artıq qalmış yeməkləri isə bir dəfədən artıq isitməmək.
· Yeməkləri hazırlayarkən, bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etmək və əlləri yaxşıca yumaq.