Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Çörək və bənzəri qidaları alarkən qab içində olanları seçmək daha etibarlıdır. • Kartof alarkən yaşıllanmamış, yarıq və çatlaqları olmayanların seçilməsi lazımdır



Yüklə 196,75 Kb.
səhifə52/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   48   49   50   51   52   53   54   55   ...   82
Baytarlıq sanitariyası CAVAB

Çörək və bənzəri qidaları alarkən qab içində olanları seçmək daha etibarlıdır. • Kartof alarkən yaşıllanmamış, yarıq və çatlaqları olmayanların seçilməsi lazımdır.
• Pastorizə olmayan süddən hazırlanmış pendir istehlak edilməməlidir. Bu səbəblə açıq pendirlər yerinə bağlı qutularda almaq daha etibarlı olacaq.
• Süd, hazır meyvə şirəsi alarkən UHT (Ultra High Temperature) üsulu ilə qablaşdırılan Tetra Pak qutuda olanlar seçilməlidir. Bu məhsullar qida dəyərini daha az itirmiş olanlardır və istifadə edilən üsul gigiyenik olaraq ən etibarlı texnologiyayla hazırlanıb qablaşdırılan üsuldur.
• Yaxşı bişməmiş ət məhsullarının istehlakı bəzi mikroorqanizmlərin bulaşması baxımından olduqca riskli və təhlükəlidir.
• Plastik qablarda saxlanan turşulu qidalar, içində olduqları qablarla təmas edərək zərərli maddələrin qidanın içinə keçməsinə səbəb ola bilər. Məsələn, turşu və portağal suyu kimi qidalar plastik qablarda saxlanmamalıdır.
• Bişmiş qidalar soyuducuda saxlanarkən rəfin ən üstündə saxlanmalıdır. Bunun sayəsində çiy və mikrob saxlaya biləcək olan qidalardan bişmiş qidanın içinə axmasının qarşısı alınır. Xüsusilə çiy ət və toyuq kimi qidalar rəfdə saxlanarkən, rəfin ən alt hissəsində saxlanılmalıdır.
• Yağlar sərin, işıqsız mühitdə saxlanmalıdır.
• Yumurta soyuducuda yumadan saxlansa, qida dəyərini qorumuş olar. Ancaq istifadədən dərhal əvvəl xarici səthi yaxşıca yuyunmalıdır.
• Qidaları açıqda saxlayarkən istilik və nəmə diqqət yetirilməlidir. Məsələn, kartof işıqlıqda yaşıllaşır. Bu səbəblə sərin, quru və işıqsız bir rəfdə saxlanmalıdır. Çörək iki gündən çox saxlanacaqsa, açıq havada deyil, soyuducuda saxlanmalıdır. Hazırlama və bişirmədə qida dəyərini artıran bəzi təkliflər
• Xəmiri mayalandırmaq qida dəyərini artırar
• Ağ un yerinə tam buğda unu qida dəyəri olaraq daha yüksəkdir
• Şəkər yerinə bəkməz istifadəsi hazırlanan qidanın qida dəyərini artırar
• Çörək çox qızardılsa, qida dəyəri azalar
• Tərəvəzlər qovruldub və ya qaynadılıb suyu süzülərsə, qida dəyəri azalar
• Qatığın yaşıl suyu atılmamalıdır. Çünki riboflavinlə (B2 vitamini) zəngindir. Qatıq istehlak edilmədən dərhal əvvəl qarışdırıla bilər, ya da keks, qoğal kimi qidalar hazırlanarkən istifadə edilə bilər.
• Təzə meyvə suları və doğranmış tərəvəzlər açıqda buraxılsa və ya dərhal istehlak edilməzsə, qida dəyəri azalar.
• Qidaların təməl olaraq ən yaxşı bişirmə forması qovrulmadan və kövrək atəşdə bişirilməsidir. Qida dəyərini itirməməsi üçün qovrulmaması, qızardılmaması lazımdır.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin