Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Tikinti materiallarının sanitar-gigiyenik və texniki qiymətləndirilməsi



Yüklə 196,75 Kb.
səhifə57/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   53   54   55   56   57   58   59   60   ...   82
Baytarlıq sanitariyası CAVAB

Tikinti materiallarının sanitar-gigiyenik və texniki qiymətləndirilməsi



Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir:
• yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır;
• sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir;
• istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır;
• səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir;
• istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır;
• enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır;
• əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri);
• tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.
Müharibə şəraitində, hərbi və ya fövqəladə vəziyyətlərdə, digər fövqəladə hallarda əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə tikinti obyektlərinin layihələndirilməsi və tikintisi zamanı mülki müdafiə ilə bağlı tələblərə əməl olunması zəruridir.



  1. Havanın fiziki, kimyəvi və bioloji göstəriciləricilərinin baytar sanitar-gigiyenik qiymətləndirilməsi

Hava çirkliliyi dünyanın müxtəlif ölkələrində bütün canlılara, o cümlədən ilk növbədə insanlar olmaqla, heyvanlara və bitkilərə əhəmiyyətli dərəcədə ziyan vurur. Müxtəlif sənaye mənbələrindən atılan zərərli qazlar və maddələr havanı çirkləndirərək, atmosferin təbii quruluşunu və tərkibini dəyişir. Məsələn, karbon qazı, dəm qazı, metan, ozon, kükürd oksidi birləşmələri (kükürd və oksigenin müxtəlif nisbətlərdə reaksiyası nəticəsində əmələ gələn qazlar) və azotlu oksid birləşmələri (azot və oksigenin reaksiyası nəticəsində yaranan qazlar). Bu qazlar daha çox kömür, neft və təbii qaz, pestisidlər, urbanizasiya və vulkanik fəaliyyətlər nəticəsində artan bərk tullantılar kimi qalıq yanacaqların yandırılması nəticəsində təbiətə buraxılır. Bu qazların atmosferdə toplanması nəticəsində iqlimin dəyişməsi, yer səthinə yaxın atmosferdə toplanan ozon molekullarının heyvan və bitkilərə, eləcə də insanlara təsiri getdikcə daha artır.


Qalıq yanacaqların yanması nəticəsində təbiətə buraxılan kükürd qazı (SO2) qazı və azot oksidi birləşmələri atmosferdəki su, oksigen və digər kimyəvi maddələrlə reaksiyaya girir. Kükürd turşusu və azot turşusuna çevrilən bu maddələr yağış, qar, duman və dolu ilə birlikdə yerə çatır. Buna "turşu yağışı" deyilir. Turşu yağışı ya torpaq tərəfindən udulur, ya da birbaşa bataqlıq ərazilərə düşür. Bataqlıq ərazilərə yağan turşu yağışları zamanla çaylar, göllər, bataqlıqlar və okeanlar kimi səth sularının turşuluğunun artmasına səbəb olur. Bu isə həmin ərazilərdə yaşayan balıq, qurbağa və s. kimi su canlılarının populyasiyasının azalmasına səbəb olur. Turşu yağışları torpaqda bitkilərin inkişafı üçün lazım olan mineralların əriməsinə və daşınmasına səbəb olur. Buna görə də ağaclar torpaqdan lazım olan mineralları ala bilmədiklərindən zamanla ölürlər.
Havanın çirklənməsinin fəsadlarından biri də iqlim dəyişikliyidir. İqlim dəyişikliyinə səbəb olan qazlara istixana qazları deyilir. İstixana qazları Günəşdən Yerə çatan şüaların yenidən kosmosa əks olunmasının qarşısını alır. Bu, Yer atmosferinin istiləşməsinə səbəb olur. Bu vəziyyət istixana effekti adlanır. Yerin orta temperaturunun artması qütb bölgələrindəki buzlaqların getdikcə daha sürətlə əriməsinə səbəb olur. Bu bölgələrdə yaşayan qütb ayıları, pinqvinlər, balinalar və suitilər kimi heyvanlar tədricən təbii yaşayış yerlərini itirirlər.
Üç oksigen atomundan ibarət ozon molekulları (O3) qoxusuz, mavi, reaktiv və zəhərli qazdır. Bu molekullar iki yolla əmələ gəlir. İlk növbədə fotosintez nəticəsində ayrılan oksigen molekulları (O2) Günəşdən gələn ultrabənövşəyi şüaları udur və iki oksigen atomuna (O) parçalanır. Sərbəst oksigen molekulları reaksiyaya daxil olmağa çox hazırdır. Reaksiyaya hazır olan oksigen atomları atmosferin stratosfer qatında birləşərək ozon molekulunu, beləliklə də ozon təbəqəsini əmələ gətirirlər. Təbii şəkildə əmələ gələn bu təbəqə Günəşdən gələn ultrabənövşəyi şüaları udur və onların Yerə çatmasının qarşısını alır.
Ozon molekulları həmçinin elektrik stansiyalarından, neft emalı zavodlarından və kimya zavodlarından təbiətə buraxılan azot oksidi birləşmələrinin, dəm qazının (CO) və uçucu üzvi birləşmələrin günəş işığı ilə reaksiyası nəticəsində əmələ gələ bilər. Bu molekullar atmosferin yer səthinə ən yaxın təbəqəsi olan troposferdə toplanır və “troposfer ozonunu” əmələ gətirir. Bundan əlavə, müəyyən şəraitdə stratosfer təbəqəsindəki ozon da troposfer təbəqəsinə keçir və troposferdəki ozonun miqdarını artırır. Troposfer ozonunu təşkil edən ozon molekulları canlılara zəhərli təsir göstərir. İnsanlarda və heyvanlarda müxtəlif xəstəliklərə səbəb olan ozon bitkilərə də ziyan vurur. Dünyada aparılan geniş tədqiqatlar nəticəsində havanın çirklənməsinin qida əhəmiyyətli bitkilərdə böyük məhsul itkisinə səbəb olduğu göstərilmişdir. Hava çirkliliyinin ot, kol və ağac bitkilərinin inkişafına mənfi təsiri nəticəsində çirklənməyə həssas növlərin və genotiplərin rəqabət qabiliyyətində əhəmiyyətli azalmalar müşahidə olunmuşdur. Hava çirkləndiricilərinin bitkilərə zərərli təsiri çirkləndiricinin növü və konsentrasiyası, bitkinin növü və inkişaf dövrü, işıq və temperatur kimi ətraf mühit amillərinə görə dəyişir. Havanın çirklənməsi bitkilərin fiziologiyasına, biokimyəvi mərhələlərinə, eyni zamanda, böyümə və məhsuldarlıqda ciddi itkilərə, qida keyfiyyətində dəyişikliklərə səbəb ola bilər. Bitkilərin fizioloji fəaliyyəti qış mövsümündə zəiflədiyi üçün çirkləndirici konsentrasiyalar bitkilər üzərində daha az təsirli olur. Yaz və yayda yüksək temperatur və rütubət maddələrin katalizator təsirini gücləndirir ki, bu da çirkləndiricilərin fəaliyyətlərini sürətləndirərək onların toksikliyini artırır. Qaz mübadiləsi zamanı bitkilərin məsamələrindən (stoma) daxil olan ozon molekulları tənəffüs prosesində bitkinin yarpaqlarında olan hüceyrələri yandırır. Yarpaqları zədələnmiş bitkilər fotosintez edə bilmir və ölür.
Hava çirklənməsinin bitkilərə təsirini azaltmaq üçün aşağıdakı tədbirləri həyata keçirmək məqsədəuyğun ola bilər:
1- SO2, NOx və digər hava çirkləndirici qazların təmizlənməsi üçün bioloji vasitələrdən (məsələn, bakteriyalar) ibarət qurğular yaradılmalıdır.
2- Az yanan kükürd tərkibli yanacaqlarla yanaşı, günəş enerjisi və geotermal ehtiyatlar kimi çirklənməyən və ya aşağı çirkləndirici enerji mənbələrindən istifadə edilməlidir.
3- Nəqliyyat vasitələrindən qazların çıxardılması üçün katalizatorlardan istifadə edilməlidir. İnsanların yerləşmə sıxlığı həddi aşılmamalıdır.
4- Cəmiyyət hava çirklənməsinin səbəbləri və nəticələri barədə maarifləndirilməlidir.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin