növbədə sinir və ürək-damar sistemlərinin pozulmaları baş verir: arterial qan
təzyiqinin dəyişkənliyi, güclü tərləmə, əsəbilik, gözlərin ağrıması, narahatlıq,səhfə
yol vermək və s. müşahidə olunur. Adətən, iş və istirahət rejimi qaydaya salındıqda
uyğun mühafizə və profilaktika tədbirləri görüldükdə göstərilən əlamətlər öz-özunə
keçib gedir.
Lazer təhlükəli zonalar çəpərlənməli və ya şüalanmalar ekranlanmalıdır.
Ekranlar və çəpərlər əksetmə əmsalı kiçik olan odadavamlı materiallardan
olmalıdır.
Lazer təhlükəsizliyi kollektiv mühafizə vasitələri ilə təmin olunmadıqda
fərdi mühafizə vasitəsi kimi eynək və maskadan istifadə ediməlidir. Lazer
şüalanmasının dalğa uzunluğundan asılı olaraq eynəklərdə narıncı, göy-yaşıl və
rəngsiz şüşələrdən isifadə edilir.
Dostları ilə paylaş: