Elektrik cərəyanının canlı orqanizmə təsiri
Canlı orqanizmdən keçən elektrik cərəyanı ona termiki, elektrolitik və
bioloji təsir göstərir.
Termiki təsir özünü bədəndə yanıqların, isitmənin əmələ gəlməsində və
qan damarlarının zədələnməsində, ürəyin, beyinin və başqa orqanların həddindən
artıq qızmasında biruzə verir ki, bunlar da həmin orqanlarda funksional
pozğunluqlara səbəb olur.
Elektrolitik təsir özünü üzvi mayenin, o cümlədən qanın parçalanmasında
göstərir, bu da onun tərkibinin, habelə bütövlükdə toxunmanın xeyli dərəcədə
pozulmasına səbəb olur.
Bioloji təsir özünü başlıca olaraq, normal fəaliyyət göstərən orqanizmə
xas olan və onun həyati funksiyları ilə sıx bağlı daxili bioelektrik proseslərin
pozulmasında göstərir. Bioloji təsir nəticəsində orqanizmdə hüceyrələr
qıcıqlanır, əzələlər iflic olur.
Eektrik cərəyanı ilə əlaqədar bədbəxt hadisələr iki yerə ayrılır.
1.
Elektrik zədəsi
2.
Elektrik zərbəsi.
Elektrik zədələri yanıq, elektik nişanı, dərinin metallaşması, mexaniki
zədələnmələr və elektrooftalmiya formalarında ola bilir. Elektrik yanığı bədənin
səthinin və ya daxili orqanların elektrik qövsünün və yaxud insanın bədənindən
keçən böyük cərəyanların təsirilə zədələnməsidir. Cərəyan yanığı elektrik
enerjisinin istilik enerjisinə çevrilməsinin nəticəsidir, bir qayda olaraq, bu dərinin
yanmasıdır, çünki insanın dərisinin elektrik müqaviməti bədənin başqa
toxumalarının müqavimətinə nisbətən dəfələrlə böyükdür. Elektrik nişanı insan
bədəninin cərəyan daşıyan hissə ilə təmasda olduğu yerdə dərinin sarımtıl rəngli,
qabar şəklində şişməsindən ibarətdir. Dərinin metallaşması isə elektrik
cərəyanının təsirindən sıçrayan və buxarlanan (qaynaq zamanı və s.) hissəciklərin
dərinin səthinə nüfuz etməsi nəticəsində əmələ gələn ləkələrdir.
Elektrik cərəyanının təsirindən insanın huşunu itirməsi nəticəsində
hündürlükdən düşdükdə və digər hadisələrdə aldığı zədələr elektrik cərəyanının
təsirindən alınmış mexaniki zədələr adlanır.
Elektrooftalmiya isə elektrik qövsü şüaları nəticəsində gözün aldığı
zədələrə deyilir. Belə şüalanma elektrik qövsü (qısa qapanma) baş verdikdə
mümkün ola biılər ki, bu da intensiv olaraq nəinki görünən işıq, həm də
ultrabənövşəyi və infraqırmızı şüalar buraxır.
Elektrik cərəyanı əgər bütünlükdə orqanizmdən keçərsə və bu zaman
tənəffüs orqanları, ürək, sinir sistemi, digər üzvlər tam və ya qismən iflic olarsa,
belə hadisəyə elektrik zərbəsi (şok) deyilir. Şokun iki fazası vardır.
1.
Təsirlənmə fazası
2.
Əsəb sisteminin tormozlanması və zəifləməsi fazası.
İkinci fazada nəbz artır, nəfəsalma zəifləyir, ruh düşgünlüyü və huşu
saxlanılmaqla ətraf mühitə qarşı tam laqeydlik halı yaranır. Şok halı bir neçə
dəqiqədən sutkaya kimi davam edə bilər,bundan sonra orqanizm ölür.
Elektrik cərəyanı ilə zədələnmənin nəticəsi aşağıdakı amillərdən asılıdır.
cərəyanın gücündən
insan və digər canlı orqanizmin müqavimətindən,
gərginliyin miqdarından,
cərəyanın tezlik və növündən,
cərəyanın təsir müddətindən ,
insanın fərdi xüsusiyyətlərindən,
cərəyanın orqanizmdən keçmə yolundan,
ətraf mühitin vəziyyətindən.
Elektrik cərəyanı ilə zədələndikdə əsas amillər cərəyanının insan
bədənindən keçdiyi yol və onun təsir müddətiidir. Bununla əlaqədar olaraq,
cərəyanın təsir xarakterinə görə onu 1 – ci cədvəldəki kimi qiymətləndirirlər.
Dostları ilə paylaş: |