Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Cərəyanın insan orqanizminə təsiri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   49   50   51   52   53   54   55   56   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Cərəyanın insan orqanizminə təsiri 
Cərəyan 
mA 
Təsirin xarakteri 
Dəyişən cərəyan 
Sabit cərəyan 
0,6…1,5 Hissetmə başlayır, əl barmaqları yüngül əsir
Hiss olunmur 
2…3 
Əl barmaqları güclü əsir 
Hiss olunmur 
5…7 
Əllər qıc olur 
Göynəmə,qızışma 
hiss olunur 
8…10 
Əlləri elektrodlardan çətinliklə ayırmaq olur. 
Barmaqlarda və biləklərdə güclü ağrılar olur. 
Güclü qızışma 
20…25 
Əllər qıc olur, onları elektrodlardan ayırmaq
mümkün deyil. Olduqca güclü ağrılar olur. 
Nəfəs almaq çətinləşir. 
Olduqca 
güclü 
qızışma.Əl əzələləri 
cüzi yığılır. 
50…80 
Tənəffüs dayanır. Ürəyin fibrilyasiyası başlayır 
Əl əzələləri yığılır, 
qıcolmalar olur, 
tənəffüs çətinləşir 
90…100 Tənəffüs dayanır. 3 saniyə və daha çox müddətdə 
ürək dayanır. 
Tənəffüs dayanır. 
Elektrik cərəyanının bədəndə axdığı yolun da zədələnmənin nəticəsinə 
böyük təsiri vardır. Elektrik cərəyanı bədəndə əsasən limfalar və qan damarları ilə 
axır. Cərəyanın yolu uzun və ya ürəyə yaxın olduqda zədələnmənin nəticəsi 
ağırlaşır.
Tədqiqatlar göstərir ki, orqanizmdən on bir müxtəlif yolla cərəyan keçdikdə 
zədələnmə baş verir. Məsələn, qol – qol, qol – ayaq, sağ qol – sol ayaq, sol qol – 
sağ ayaq, qol – boyun, ayaq – ayaq vəs. Bunlardan ən təhlükəli və əksərən ölümlə 
nəticələnəni qol – boyun və diaqonal istiqamətdə (sağ qol – sol ayaq və əksinə) 
cərəyanın axmasıdır. Çünki bu istiqamətlərdə cərəyan axdıqda ürək cərəyanın 
təsirinə daha çox məruz olaraq iflic olur. 
100 mA və daha böyük cərəyan əl - ələ və yaxud əl – ayaq yolu ilə insanın 
bədənindən keçərək, köks qəfəsində dərinlikdə yerləşən ürəyin əzələsinə 
qıcıqlandırıcı təsir göstərir. Bu, insan orqanizmi üçün olduqca qorxuludur, çünki 
bu cərəyanın dövrəsi insan bədənində qısa qapandığı andan 1-2 san sonra ürəyin 
fibrilyasiyası başlaya bilər. Bu halda qan dövranı kəsilir və deməli, orqanizmdə 
oksigen çatışmamazlığı yaranır, bu da öz növbəsində tənəffüsün dayanması ilə 


yaxud ölümlə nəticələnir. 
Tədqiqatlar göstərir ki, kiçik gərginliklərdə (100V~ a qədər) sabit cərəyan 
50 Hs tezlikli dəyişən cərəyana nisbətən təxminən 3-4 dəfə az təhlükəlidir. 400-
500 V gərginlikdə onların təhlükəliliyi bir – birinə yaxın olur, daha yüksək
gərginliklərdə isə sabit cərəyan dəyişən cərəyandan daha təhlükəlidir.
İnsan üçün ən təhlükəli cərəyan tezliyi 50-60 Hs olan sənaye 
cərəyanlarıdır. Yüksək tezlikli cərəyanlar insana elektrik zərbəsi yox, elektrik 
yanığı kimi təsir edir. Bu ona görə belədir ki, bu yüksək tezliklər əsəb və əzələ 
toxumalarını qıcıqlandıra bilmir. Cərəyanla zədələnmə xarakterinin dəyişməsinə 
təsir göstərən amillərdən biri də gərginlikdir. Odur ki, az təhlükəli binalarda 42 V 
– a qədər, yüksək təhlükəli binalarda 36 V – a qədər, xüsusi təhlükəli binalarda isə 
12 V – a qədər gərginlik təhlükəsiz hesab edilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin