elektrik yanğın siqnaliyasiyası və zənglərdən, eləcədə
nəqliyyat vasitələrinin
fitindən istifadə olunur. Çox zaman yanğın haqqında siqnal vermək üçün avtomatik
yanğın siqnalizasiya qurğusu (AUUS) geniş tətbiq olunur.
Yanğın siqnalizasiya qurğuları 2 qrupa bölünür: yanğın və keşikci yanğın.
Keşikçi –yanğın siqnalizasiyası qiymətli material ambarlarında, müəssisələrdə və
yaşayış mənzillərində geniş tətbiq olunur.
Elektrik yanğın siqnalizasiya sistemi 24 və ya 48 V gərginlikdə sabit
cərəyanla işləyir.
Avtomatik elektrik yanğın siqnalizasiya qurğuları yanğının
əmələ gəlməsini
xəbər verməklə bərabər, stasionar yanğınsöndürmə vasitələrini də işə salır.
Avtomatik xəbərdaredicilər hissiyat elementinin növünə görə 4 yerə bölünür:
istilik, tüstü, işıq və qarışıq.
İstilik xəbərdarediciləri
mühitin temperaturu yüksələrək müəyyən həddə
(30…120
0
S) çatdıqda isə düşür. Hissiyat elementi bimetall lövhədən, termoçüt və
ya termorezistordan ibarətdir.
Tüstü xəbərdarediciləri
otaqda yanma məhsullarının
əmələ gəlməsini hiss
edərək isə düşür. Hissiyat elementi ionizasiya kamerasından ibarətdir, ora tüstü
daxil olduqda ionizasiya cərəyanı azalır, kamerada gərginlik artır və xəbərdaredici
işə başlayır. Tüstü təsir etdikdə tüstü xəbərdarediciləri 5 saniyə ərzində işə düşür.
İşıq xəbərdarediciləri
otaqla alov əmələ gəldikdə işə düşür. Bunların hissiyat
elementi alovun ultrabənövşəyi şüalarını tutan foton sayğacıdır. Foton sayğacı
kiçiçik alov mənbəyinin (məsələn, kibrit çöpünün alovunun)
təsirindən belə ani
olaraq işə düşür. Ancaq pəncərədən düşən işıq şüalarından və közərmə
lampalarının işığından isə düşmür, çünki həmin işıqların
ultrabənövşəyi
şüalanmaları şüşədən keçərək udulur. Adətən işıq xəbərdarediciləri ultrabənövşəyi
şua mənbələri ( açıq, alov, qaynaq aparatları, elektrik qığılcımları) olmayan bağlı
otaqlarda tətbiq edilir. Son vaxtlar eyni zamanda istiliyə və tüstüyə həssas olan
qarışıq xəbərdaredicilər də tətbiq olunur.
Öz təyinatına görə yanğın rabitəsi 3 növə aurılır.
1)
baş vermiş yanğın haqqında xəbər vermək üçün
2)
dispetser rabitəsi-adətən, yanğın dəstələri ilə yanğın
əlehinə mərkəzi
məntələ arasında qurulur
3)
yanğın yerində olan rabitə- əldə gəzdirilən radiostansiya və xüsusi rabitə
avtomobilini
Telefon rabitəsi yanğın haqqında xəbər vermək üçün ən etibarlı rabitə
növüdür.
Dostları ilə paylaş: