Deməli, yanğın profilaktikası yanğın və partlayışların qarşısını almaq üçün
normativlər əsasında işlənib hazılanmış və sistematik tətbiq edilən təşkilati –
texniki tədbirlər kompleksidir.
Binaların planlaşdırılmasında yanğın və ya qəza zamanı adamların binanı
mümkün qədər tez və təhlükəsiz tərk etməsi üçün şərait yaradılmalıdır. Yanan
binadan adamları tezliklə xaricə çıxarmaq üçün köçürmə yollarının
istiqaməti
düzgün təyin edilməli, insan axınlarının pərakəndəliyinə, qarşı-qarşıya
gəlməsinə
yol verilməməli, köçürülmə yollarının tüstülənməsinin qarşısı alınmalıdır.
Müəyyən vaxt ərzində insanların təhlükəsiz hərəkətini təmin edən və
köçürülmə çıxışlarına gedən yollar köçürülmə yolları (koridorlar, pilləkanlar, foye
və keçidlər ) adlanır.
Binanın azı iki köçürülmə çıxışı olmalıdır. Bununlada,
köçürülmə
yollarından biri tüstüləndikdə və ya müəyyən səbəblər üzündən köçürülmə üçün
yararlı olmadıqda adamların təhlükəsizliyi təmin edilir.
Yanğın zamanı adamların bina və qurğulardan köçürülməsi köçürülmə çıxışı
hesab edilir. Buna görə də köçürülmə çıxışları arasındakı məsafə binanın enindən
az olmamalıdır.
İnsanların mexaniki daşınması ilə əlaqədar olan yollar (liftlər, eskalatorlar)
köçürmə yolu sayılmır, çünki, yanğın zamanı enerji mənbəyi ilə əlaqədar bütün
mexanizlər sıradan çıxa bilər.
Köçürmə yollarındakı qapı və keçidlərin
hündürlüyü iki metrdən az
olmamalıdır. Qapı və koridor, keçid və pilləkənlərin eni isə inşaat norma və
qaydalarından təyin edilir.
Yanğın zamanı adamların bina və qurğulardan
köçürülməsinə verilən əsas
tələblər aşağıdakılardır:
1.
Ən uzaq iş yerindən xaricə açılan çıxışa qədər məsafə ən qısa olmalı.
2. İnsan axınının hərəkət yolları bir biri ilə kəsişməməli
3. Köçürülmə yollarında hərəkəti ləngidən və ya adamların yıxılmasına
səbəb ola bilən ayrı-ayrı pillələr, divar çıxıntıları, dolama pilləkənlər və s.
maneələr olmamalı.
4. Bütün keçidlər, çıxışlar, avadanlıq və yanğın söndürmə vasitələrinin ətrafı
boş olmalı.
5. Köçürülmə yollarındakı qapılar hərəkət istiqamətində açılmalıdır.
6. Köçürülmə yolları qəza işıqlanması ilə təchiz edilməlidir.
İstehsalat binalarında yanğınlar zamanı adamların bütün iş otaqlarından
köçürülmə planları əvvəlcədən tərtib olunmalıdır.
Dostları ilə paylaş: