Əmək mühafizəsi üzrə mövcud qanunlar, standartlar,
normalar bütün
müəssisə və təşkilatlar, onların vəzifəli şəxsləri və bütün işçilər üçün məcburidir.
Əmək mühafizəsi fənnində qəbul edilmiş terminlər
və onların məzmunu.
Əmək təhlükəsizliyi standartlar sisteminə görə əmək mühafizəsi fənninə
uyğun aşağıdakı terminlər qəbul edilmişdir.
1.Əmək mühafizəsi
– bu qanunvericilik aktlarından, təşkilati, texniki,
gigiyenik, müalicə – profiliktiki, sosial – iqtisadi tədbirlər sistemindən ibarət olub,
insanların əmək prosesində sağlamlığını və işləmə
qabiliyyətini qorumaqla
təhlükəsizliyi təmin edir.
2.Təhlükəsizlik texnikası
– istehsalat prosesində yaranan təhlükəli istehsalat
amillərinin işçilərə təsirini azaltmaq və ləğv etmək üçün texniki vasitələr və
təşkilati tədbirlər sistemidir.
3.Əməyin təhlükəsizliyi
– işçi yerlərində zərərli
və təhlükəli istehsalat
amilləri, işçilərin sağlamlığına təsir olmayan əmək şəraitinin vəziyyəti nəzərdə
tutulur.
4.Istehsalat sanitariyası
– işçi yerlərində zərərli istehsalat amillərinin işçilərə
təsirinin qarşısını almaqdan ötrü texniki, sanitar – gigiyenik və təşkilati tədbirlər
sistemindən ibarətdir.
5.Əməyin gigiyenası
– işçi yerlərində əmək şəraitinin sağlamlaşdırılması
sahəsində sanitariya- gigiyena və müalicə profilaktiki tədbirlər kompleksidir.
6. Təhlükəli istehsalat amilləri
– müəyyən iş şəraitində istehsalat amillərinin
təsiri nəticəsində işçilərin gözlənilmədən zədələnməsi, travma alması başa düşülür.
7. Zərərli istehsalat amilləri
– iş zamanı istehsalat amillərinin
işçilərə təsiri
(zərərli tozlar, qazlar, səs-küy, titrəyiş və s.) peşə xəstələnmələrinə, yaxud iş
qabiliyyətinin azalmasına səbəb olur.
8.Bədbəxt hadisələr
– işçilərin əmək fəaliyyəti zamanı istehsalat tapşırığını
yerinə
yetirərkən
təhlükəli
amillərin
təsiri
nəticəsində
əmələ
gələn
zərərçəkmələrdir.
9. Peşə xəstəlikləri
– istehsalat prosesində əmələ gələn istehsalat zərərlərinin
təsiri nəticəsində yaranan xəstəliklərdir.
10. Təhlükəsiz əmək tələbləri
– qüvvədə olan qanunvericilik aktlarının,
normativ texniki sənədlərin və təlimatların tələblərini ödəyən işlərdə, işçilərin
təhlükəsizliyini təmin edən tələbatlardır.
11. Təhlükəsiz istehsalat avadanlıqları
– normativ
texniki sənədlərə əsasən
əməyin təhlükəsizliyi tələbatını ödəyən istehsalat avadanlıqlarıdır.
12. Istehsalat estetikası
– istehsalat binalarının texnoloji istehsalat
avadanlıqları, konstruksiyaları və işçi yerlərinin xoşagələn səviyyədə gözəl
olmasının işçilərin bədii zövqünə uyğun olması kimi əsas vasitələrdən biri hesab
edilir.
13. Əmək fiziologiyası
– işçilərin əmək fəaliyyəti zamanı funksional vəziyyət
öyrənilir və insanın işləmə qabiliyyətini daha yüksək səviyyədə saxlamaqdan ötrü
tədbirlər nəzərdə tutulur.
14. Əmək psixologiyası
– işçilərin əmək fəaliyyətində onun yaratdığı əmək
məhsuldarlığının artmasını öyrənməklə peşə
xüsusiyyətlərinin daha da
formalaşmasına baxılır.
15. Yanğın profilaktikası
– yanğınla mübarizə texnikasının mühüm hissəsi
olmaqla yanğın və partlayışın qarşısının alınması və ləğvi üçün nəzərdə tutulan
təşkilati – texniki tədbirlər sistemidir.
Dostları ilə paylaş: