Uzlaşdırılmamış (kordinasiya) hərəkətlərə
yol verən işçilərin bədbəxt
hadisələrin ehtimalı olan işlərdə işləməsi məqsədə uyğun deyildir, müəyyən
hallarda həmin işçiləri başqa işə keçirirlər.
Yüngülxasiyyət, öz hərəkətinə laqeyd, hadisələrə üzdən mühakimə yürüdən,
yaddaşı zəif olan işçilər işdə səhvlərə yol verirlər.
Elə
insan var ki, öz işinə maraqlı deyil, öz işindən ləzzət almır, müxtəlif
hərəkət və işlərin qəbuluna psixoloji cəhətdən qabiliyyətli deyil. Onun özünü
aparması göstərir ki, o, işə inamsızdır, diqqətliliyi müəyyən məsafədəndir.
Təhlükəsizlik nöqteyi-nəzərincə insan öz marağına və qabiliyyətinə uyğun iş
seçməlidir.
Digər tərəfdən kollektivdə yaradıcı iş əhval ruhiyyəsi olmalıdır ki, digərinin
fəaliyyətinə mənfi təsir göstərməsin.
Təcrübəsizlik
- iş yerində işçinin bütün hərəkətlərinə təsir edir; işin tempinə,
ritminə və intensivliyinə mane olur. Təcrübəsiz işçi
işdə müəyyən dayanmalar və
maneələr çıxdıqda tez qərar çıxara biimir, tez yorulur və işin təhlükəliliyini artırır,
təhlükə hər dəqiqə yarana bilir.
Elmi əsaslarla ixtisasın artırılması əmək məhsuldarlığına eyni zamanda işin
təhlükəsizliyi etimadınıda artırır.
Ehtiyatsızlıq
: - adi bir səhv bədbəxt hadisə ilə nəticələnir. Bunun qarşısını
almaq üçün ixtisaslı baxım və düşüncəli intizam yaradılmalıdır. (Dəmir qayda).
Yorğunluq
: - orqanizmdə müxtəlif qüsurlardan baş verir, bədəndə patoloji
dəyişiklərdən yaranır. Yorğunluqdan
qaçmaq üçün istirahət etmək, müalicəyə
getmək və yaxud başqa işə keçmək olar.
İş zamanı yorğunluq təkcə zəif adamlarda olmur,
belə hallar normal
insanlarda da baş verir. Bu yorğunluq mürəkkəb fizoloji proseslərdə baş verir.
Psixoloji yorğnınluq
: - mərkəzi sinir sisteminin yüklənməsindən yaranır.
Dostları ilə paylaş: