İstehsalat zədələnmələrinin uçotu və təhqiqi
Qüvvədə olan əmək mühafizəsi norma və qaydaları işçilər və işə götürənlər
tərəfindən pozulduqda istehsalatla əlaqədər bədbəxt hadisə baş verir.Bədbəxt
hadisə nəticəsində işçi əmək qabiliyyətini müvəqqəti itirir, yüngül yaralanır,
müəyyən dərəcədə əlil qalır, ölüm hadisəsi baş verir, qrup halında ağır nəticəli
xəsarət alma yaranır.
Müəssisədə bədbəxt hadisələr baş vermə şəraitinə, xüsusiyyətinə və
vəziyyətinə görə 3 qrupa bölünür:
1. İstehsalatla əlaqədar olmayan bədbəxt hadisələr.
2. İstehsalatla əlaqədar bədbəxt hadisələr.
3. Məişətlə əlaqədar hadisələr.
İstehsalatla əlaqədar olmayan hadisələr
- işçinin müəssisənin maşınından,
materialından, nəqliyyat vasitələrindən, işçi yerlərindən və s. .şəxsi məqsəd üçün
istifadə edərkən baş verən bədbəxt hadisələrdir.
İstehsalatla əlaqədar bədbəxt hadisələr -
işçilərin hər hansı istehsalat
tapşırığını yerinə yetirdikdə, müəssisənin daxili intizam qaydasına zidd olmayan
müəssisədə yanğın söndürürməsində kömək göstərdikdə baş vermiş bədbəxt
hadisələr, habelə istehsalat tapşırıqlarını yerinə yetirərkən baş vermiş
zəhərlənmələr, gün vurma, donma, suda boğulma və s. hallarda olan hadisələr
hesab edilir.
Məişətlə əlaqədar hadisələr
- evdə, ailədə, istirahət günlərində,
məzuniyyətdə olduqda və şəxsi maşınla işə gedib- gəldikdə, yolda və s. baş verən
hadisələr hesab edilir.
Müəssisələrdə yalnız istehsalatla əlaqədar bədbəxt hadisələrdə işçilərə
güzəştlər verilir və dəyən zərərlər ödənilir. İstehsalat müəssisələri qalan hər iki
qrup (istehsalatla əlaqədar olmayan və məişətlə əlaqadar hadisələr) hadisələri
təhqiq edib səbəblərini müəyyənləşdirir və bunları aradan qaldırmaq üçün tədbirlər
görür. İstehsalatla əlaqədar olmayan və məişətlə əlaqədar bədbəxt hadisələr İZ
formalı aktla sənədləşdirilmir, müəssisədə qeydə alınmır və buna heç bir təzminat
verilmir.
Qanunvericiliyə uyğun olaraq müəssisə istehsalatla əlaqədar olaraq
zərərçəkmələrə görə İZ formalı akt əsasında işçinin iş stajından asılı olmayaraq
orta əmək haqqını 100% məbləğində verir.
İstehsalatda bədbəxt hadisələr təsadüfı deyil, müəyyən səbəblərdən əmələ
gəlir. Buna görə də hər bir bədbəxt hadisə fövqəladə hadisə kimi dərindən təhqiq
edilməlidir.Bədbəxt hadisələrin təhqiqində məqsəd onun başvermə şəraitini və
səbəblərini müəyyən etməkdən, onun təkrar olunmaması üçün tədbirlər görmək və
eləcə də hadisədə müqəssir olan vəzifəli şəxsləri məsuliyyətə cəlb etməkdir.
Azərbaycan
Respublikası Əmək məcəlləsinin 217-ci maddəsində
istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları
müəyyən olunmuşdur. Yəni işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin
ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal,
həmin hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət
nəzarətini həyta keçirən orqana məlumat verməyə borcludur.
Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir
gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafıq akt
tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
“İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında
əsasnamə” mövcuddur. Əsasnamənin qüvvəsi mülkiyyət və təşkilati- hüquq
formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fıziki şəxslərə, eləcə də xarici hüquqi şəxslərin filial və
nümayəndəliklərinə şamil edilir.
Müəyyən istehsalat sahələrində baş vermiş bədbəxt hadisələr müvafıq
nazirliklər tərəfindən müəyyən edilmiş, Əmək və Əhalinin Sosial Müdafıəsi
nazirliyi və sahə həmkarlar ittifaqları ilə razılaşdırılmış qaydada təhqiq edilir və
uçota alınır.
Qüvvədə olan əsasnaməyə uyğun olaraq işçilərin səhhətinin pozulması
aşağıdakı hallarda təhqiq edilməli və uçota alınmalıdır:
6.
əmək vəzifələrini yerinə yetirərkən, eləcə də müdiriyyətin tapşırığı
olmadıqda belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;
7.
müəssisənin, kənar təşkilatın, müqavilə əsasında verilmiş
nəqliyyatında işə gedərkən, yaxud işdən qayıdarkən;
8.
müəssisənin ərazisində, yaxud başqa iş yerinde iş vaxtı ərzində
müəyyən edilmiş fasilələr də daxil olmaqla, işin bağlanmasından əvvəl və ya
qurtarmasından sonra geyimini, istehsal alətlərinin və s. qaydaya salmaq üçün
lazım olan vaxt ərzində;
9.
keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik
keçirilən müddətdə, eləcə də müəssisə tərəfindən hamiçilik tədbirləri keçirildiyi
müddətdə;
10.
istehsal avadanlıqları və obyektlərində qəza zamanı;
11.
fəaliyyəti xidmət obyektlərinin arasında hərəkət etməklə əlaqədar olan
işçilərlə (iş vaxtı, ictimai nəqliyyatda, yaxud piyada gedərkən, eləcə də
müdiriyyətın tapşırığı ilə iş yerinə gedərkən);
12.
iş vaxtı şəxsi minik nəqliyyatında (ondan xidməti gedişlər üçün
istifadə etmək ixtiyarına müdiriyyətin sərəncamı olduğu halda), yaxud
müdiriyyətin tapşırığı ilə ondan istifadə edilərkən;
13.
iş vaxtı başqa şəxs tərəfındən bədən xəsarətləri yetirildiyinə, yaxud
işçinin əmək vəzifələrini yerinə yetirərkən qəsdən öldürüldüyünə görə baş vermiş
bədbəxt hadisələr; itkin düşənlər, zədələnmələr, kəskin peşə xəstəlikləri və
zəhərlənmələr, istivurmalar, yanıqlar, donmalar, suda boğulmalar, ildırım
vurmalar, eləcə də təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar)
zamanı;
14.
növbə istirahətində olan işçilər növbə qəsəbəsinin ərazisində,
nəqliyyat vasitələrində olduqları vaxt.
İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində xəsarətlərin dərəcələri
aşağıdakı anlayışlar əsasında müəyyənləşdirilir.
Xəsaratlər
– hər hansı bir xarici faktorun təsirindən toxumanın və orqanın
anatomik tamlığını və ya anatomik tamlığı saxlanmaqla fızioloji funksiyasının
pozulmasına deylir. Xəsarətlər yüngül bədən xəsarətləri, az agır dərəcəli bədən
xəsarətləri, ağır bədən xəsarətləri növlərinə bölünür.
Yüngül bədən xəsarətləri
dedikdə səhhətin qısa müddətə pozulmasına və ya
əmək qabiliyyətinin uzun müddətə cüzi itirilməsinə səbəb olmuş xəsarət nəzərdə
tutulur.
Az ağır dərəcəli bədən xəsarətləri
dedikdə həyat üçün təhlükəli olmayan,
lakin səhhətin uzun zaman pozulmasına səbəb olmuş və ya əmək qabiliyyətinin
üçdə bir hissəsindən az olmaqla uzun müddətə itirilməsi ilə nəticələnən xəsarət
nəzərdə tutulur.
Ağır bədən xəsarətləri
dedikdə həyat üçün təhlükəli olan və ya hər hansı
orqanın funksiyasının itirilməsinə, ruhi xəstəliyə və ya səhhətin başqa cür
pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uızun
müddət itirilməsi ilə əlaqədar olan və ya hamiləliyiın pozulmasına səbəb olan,
yaxud sifətin izi silinməz dərəcədə eybəcərləşməsində ifadə olunan xəsarət
nəzərdə tutulur.
Xəsarətlərin dərəcələri tibbi ekspertlər, yaxud səhiyyə mütəxəssisi tərəfndən
verilən rəylər əsasında müəyyənləşdirilir.
İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilrməsinə və ya
tibbi rəy əsasında bir gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olduqda
istehsalatda baş vermiş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və qeydə
alınır.
İstehsalatda bədbəxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və
uçota alınmasına, İZ formalı aktların tərtib edilməsinə, bədbəxt hadisələrin
səbəblərinin arada qaldırılması üzrə tədbirlərin tərtib edılməsi və həyata
keçirilməsinə görə müəssisənin rəhbəri məsuliyyət daşıyır.
Müdiriyyətin
İZ formalı akt tərtib etməkdən imtina etdiyi halda, eləcə də
zərərçəkən və ya başqa marağı olan şəxs İZ formalı aktivn məzmunu ilə
razılaşmadıqda mübahisəyə müəssisənin əməyin mühafızəsi üzrə komissiyası, belə
komissiya olmadıqda həmkarlar ittifaqları komitəsi tərəfindən ərizə verilən
vaxtdan 7 gündən gec olmayaraq baxılır. Komissiyanın qərarının müəssisə
müdiriyyəti tərəfindən icrası məcburidir.
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı:
15.
yüngül bədən xəsarətləri, az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı
təhqiqatlar müəssisədə yaradılmış komissiya tərəfindən aparılır;
16.
ağır bədən xəsarətləri, qrup halında xəsarət alma halları və ölümlə
nəticələnən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə Dövlət Əmək Müfəttişliyinin
rəisinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır.
Dostları ilə paylaş: |