İşə götürən tərəfindən həmkarlar ittifaqlarının
məcəlləyə və digər normativ
hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması,
habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yol verilməzdir.
Əmək mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun
növləri Əmək məcəlləsinin 186-cı maddəsinə uyğun nəzərdə tutulur. Belə ki, işə
götürən və işçi normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə
yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud əmək müqaviləsi
üzrə ohdəlikləri icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə
tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
İşçi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili
intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı
intizam tənbehlərindən
birini verə bilər.
a) töhmət vermək
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək
c) kollektiv müqavilədə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının
25% -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək və s.
Əmək məcəlləsinin 310-cu maddəsinə görə istər işçilər, istərsədə işə
götürənlər, istərsə də başqa fiziki şəxslər əmək qanunvericiliyi sisteminə daxil olan
digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər
hansı şərtlə və ya qayda ilə məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə
etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyalarını
yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi,
intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
İnzibati məsuliyyət
. Əmək məcəlləsinin 312-ci maddəsinə müvafiq əmək
qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər,
inzibati hüquq
pozmalar haqqında nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada
məsuliyyətə cəlb edilirlər.
İnzibati məsuliyyət vəzifəli şəxsin müəyyən edilmiş qaydada cərimə
olunmasıdır. Dövlət əmək müfəttişləri, həmkarlar ittifaqının texniki əmək
müfəttişləri, Dövlətdağnəzarət, sanitariya nəzarəti orqanları inzibati qaydada
cərimə etmək hüququna malikdirlər.
Dövlət nəzarəti orqanları əməyin mühafizəsi qaydalarının pozulmasına görə
qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə edə bilərlər. Cərimə olunmuş
vəzifəli şəxs on gün müddətində xalq məhkəməsinə şikayət edə bilər. Məhkəmənin
şikayətlər barədə hökmü qətidir və bu hökmdən şikayət verilə bilməz.
Əmək qanunvericiliyinə görə inzibati məsuliyyətə yalnız istehsalatda sağlam
və təhlükəsiz əmək şəraitinin yaradılmasına cavabdeh olan vəzifəli şəxslər kimi
müəssisə rəhbərliyi,
sahə rəhbərəri, baş mütəxəssislər, iş icraçıları, briqadirlər və
başqaları cəlb olunurlar.
İnzibati cəzalar əməyin mühafizə qaydalarının pozulması faktı aşkara
çıxarılan vaxtdan bir ay keçənə qədər verilə bilər.
Cinayət məsuliyyəti
. Əmək məcəlləsinin 313-cü maddəsinə görə müvafiq
ictimai – təhlükəli əməlləri ilə qanunvericiliklə müəyyən edilmiş əməyin
mühafizəsi qaydalarını və ya işçilərin, işə götürənlərin hüquqlarını və qanuni
mənafelərini, habelə Əmək məcəlləsinin tələblərini hər hansı
formada kobud
şəkildə pozan şəxslər Azərbaycan Respublikasının Cinayət məcəlləsində nəzərdə
tutulmuş hallarda və müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb
edilirlər.
Əmək qanunvericiliyinin qəsdən pozulmasında, işçilərin qeyri-qanuni işdən
çıxarılmasında, qeyri-qanuni işdən çıxarılmış işçilərin işə qaytarılması haqqında
məhkəmənin qərarı pozulduqda, işə qəbulun inkar edilməsində, hamilə qadınların
və yaxud südəmər uşağı olan qadınların işdən qanunsuz azad edilməsində rəhbər
və s. işçilər cinayət məsuliyyətinə cəlb olunurlar.
Əməyin mühafizəsi qaydalarının pozulması ilə bədbəxt hadisələr
yarandıqda, yaxud yarana bilərsə, habelə ağır nəticəli hallar baş
verdikdə vəzifəli
şəxslər cinayət məsuliyyəti daşıyırlar. Cinayət məsuliyyətində təqsirkar vəzifəli
şəxslərə cəza formaları müəyyən edilir: cərimə, işdən çıxarmaq, bir ilə qədər
azadlıqdan məhrum edilmə, islah-əmək işlərinə cəlb edilmə, vəzifədən kənar
edilmə.
Əməyin mühafizəsi qaydalarının pozulması işçinin zədələnməsinə və ya
əmək qabiliyyətinin itirilməsinə səbəb olmuşdursa, üç ilə qədər azadlıqdan
məhrum edilmə və ya bir ilə qədər islah əmək cəzası verilir. Əməyin mühafizəsi
tələblərinin pozulması ölüm və bir neçə şəxsin ağır
zədələnməsi ilə
nəticələnmişdirsə, beş ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.
Vəzifəsi olmayan şəxsin əmək mühafizəsi qaydalarını pozması nəticəsində
işçi bədbəxt hadisəyə düçar olmuşdursa, həmin şəxs müqəssir kimi cinayət
məsuliyyətinə cəlb edilə bilər.
Maddi məsuliyyət
. Əmək məcəlləsinin 191-ci maddəsinə müvafiq əmək
münasibətləri prosesində əmək müqaviləsi üzrə işə götürən və işçi öhdəliklərini
yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək məcəlləsinə və ya
müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət
daşıyırlar.
Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə
qəsdən və ya ehtiyatsızlıqdan vurduqları ziyana görə maddi məsuliyyət yaranır.
a) ziyanın həqiqətən vurulduğu aşkar olunduqda
b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda
c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə
olduqda
Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri Əmək məcəlləsinin
194-cü maddəsində nəzərdə tutulmuşdur. Yəni, ziyan vurmaqla
təqsirli olan tərəf
cinayət məsuliyyətinə, habelə digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq
müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar
tərəfi maddi məsuliyyətdən azad etmir.
İşə götürən işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar
Əmək məcəlləsinin 195-ci maddəsində, işçiyə dəyən maddi ziyanın məbləğinin
müəyyən edilməsi və ödənilməsi qaydası 196-cı maddədə nəzərdə tutulmuşdur.
Əmək məcəlləsinin 197-ci maddəsinə uyğun işçiyə dəymiş maddi ziyanın
ödənilməsinə baxılma qaydası göstərilmişdir. İcra ona vurulmuş maddi ziyanın
məbləğinin ödənilməsi barədə işə götürənə ərizə ilə müraciət etməlidir. İşə götürən
işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq
qərar qəbul edərək ona yazılı cavab verməlidir.
İşçi bütövlükdə və ya qismən işə götürənin qərarı ilə razılaşmadıqda, habelə
müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın
ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Əmək məcəlləsinin 200-cü maddəsinə görə tam maddi məsuliyyət barədə
müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna
olunmaqla qalan hallarda işə götürənə vurulan ziyana görə işçi yalnız orta əmək
haqqı məbləğində maddi məsuliyyət daşıyır.
İşə götürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox
deyildirsə, onun tutulması işə götürənin əmri ilə həyata keçirilir.
Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı
hallarda
vurulmuşdursa, onun məbləği işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi
onu könüllü olaraq ödəməkdən imtina edərsə, onda işəgötürənin müraciəti əsasında
həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Dostları ilə paylaş: