Avtomatik ayırma
. Qəza vəziyyətində elektrik qurğularını ani olaraq
(0,1…0,2 san) dövrədən ayırmaq üçün avtomatik ayırıcılar tətbiq edilir. Fazanın
elektrik avadanlığının gövdəsinə qapanması, faza izolyasiyası müqavimətinin
müəyyən həddən aşağı düşməsi, şəbəkəyə daha yüksək gərginlik düşməsi, insanın
cərəyandaşıyan hissəyə toxunması hallarını qəza vəziyyətinə misal göstərmək olar.
Bu zaman elektrik şəbəkəsinin bəzi parametrilərinin dəyişməsi mühafizə ayırma
qurğusunu işə salır. Məsələn, qaynaqcı elektrodu dəyişdikdə onu tutucudan çıxaran
kimi transformator şəbəkədən ayrılır və aparatdan gərginlik götürülür.
Mühafizə yerləbirləşdirməsi
. İnsanları elektrik cərəyanının
təsirindən
qorumanın ən geniş yayılmuş üsullarından biri mühafizə yerləbirləşdirmədir.
Gərginlik təsadüfən mexaniki avadanlığın cərəyan daşıyan hissələrinə keçdikdə
yerləbirləşdirmə (torpaqlama) insanı mühafizə edir.
Yerləbirləşdirmə qurğusunun müqaviməti gərginliyi 1000 Volta qədər olan
qurğularda 4 Om-a qədər, gərginliyi 1000 Voltdan yüksək olan qurğularda isə 10
Om-a qədər olmalıdır.
Yerləbirləşdirmənin əsas məqsədi qurğunun gövdəsindəki gərginliyi
təhlükəsiz həddə çatdırmaqdan ibarətdir.
Əgər adam avadanlığın
gövdəsinə toxunursa, bu zaman o, mühafizə
yerləbirləşdirməsinə paralel olaraq cərəyan dövrəsinə qoşulur və onun bədənindən
cərəyan keçir; lakin yerləbirləşdirici saz olduqda bu cərəyan cüzi olar və orqanizm
üçün təhlükə törətməz. Bu paralel budaqlarda cərəyan, budaqların müqavimətinə
mütənasib olaraq paylanır. Alçaq gərginlik qurğuları
üçün R
j
125/J
q
şərtindən
(burada
R
j
-
yerləbirləşdiricinin
müqaviməti, J
q
–elektrik qurğusunun
yerləbirləşdirmə cərəyanının ən böyük qiymətidir), yüksək gərginlik qurğularında
isə R
j
250/J
q
şərtindən yerləbirləşdiricini maksimum müqaviməti uyğun olaraq 4
Om-a və 10 Om-a qədər tapılır.
Yerləbirləşdiricinin elektrik müqaviməti insanın elektrik müqavimətindən
dəfələrlə kiçik olduğu üçün yerləbirləşdirilmiş gövdəyə toxunan insana elektrik
cərəyanı təsir etmir.
Mühafizə yerləbirləşdirməsi yerləbirləşdirici elektrodlardan və onları
birləşdirən naqillərdən ibarətdir. Yerləbirləşdiricilər təbii və süni olur. Təbii
yerləbirləşdirici kimi yeraltı su kəmərindən və digər metal boru xətlərindən (yanar
maye və qaz xəttindən başqa), bina və texniki qurğularda
yerlə əlaqəsi olan metal
konstruksiyalardan və s. istifadə edilir. Süni yerləbirləşdirici kimi şaquli
basdırılmış polad mil, boru, tilli polad, üfiqi vəziyyətdə qoyulan polad zolaq, lövhə
və s. tətbiq olunur.
Yerləbirləşdirici naqillər elektrik qurğusunun hissələrini yerə basdırılmış
elektrodlara birləşdirən izolyasiyalı məftillərdir.
Elektrik qurğuları aşağıdakı hallarda mühafizə yerlə birləşdirməsi ilə təchiz
edilməlidir.
a) gərginliyi 36 V-dan yüksək olan dəyişən cərəyanlı xarici qurğular
b) gərginliyi 110 V-dan yüksək olan sabit cərəyanlı xarici qurğular
c) xüsusi təhlükəli otaqlarda qoyulmuş elektrik qurğuları
d) gərginliyi 500 V-dan yüksək olan qurğular (bütün hallarda)
Mühafizə sıfırlanması
. Gərginliyi 1000 V-a qədər olan, neytralı yerlə
birləşdirilmiş elektrik şəbəkələrində mühafizə yerləbirləşdirməsi əvəzinə həmin
məqsədlə mühafizə sıfırlanması tətbiq edilir.
Elektrik qurğularının normal vəziyyətdə gərginlik altında
olmayan metal
hissələrinin «sıfır» xəttinə birləşdirilməsi sıfırlanma adlanır. Bu halda «sıfır» xətti
özü etibarlı yerləbirləşdirilmiş olmalıdır. Adətən, «sıfır» xətti şəbəkənin əvvəlində
və sonunda, xətt ayrıclarında, eləcə də xətt boyunca hər 100 metrdən bir yerlə
birləşdirilir.
Dostları ilə paylaş: