Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub olmaması ilə şərtləndirilə bilməz. Məcburi köçkün və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun peşə hazırlığının və ya təhsilinin olması barədə müvafiq sənəd təqdim edilir.
Zərərli əmək şəraiti olan yerlərdə, habelə əhalinin sağlamlının mühafizəsi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər.
Ağır, təhlükəli, zərərli istehsalatlarda işləyən işçilər hökmən vaxtaşırı tibbi müayinədən keçməsi hökmən işəgötürənin hesabına təmin edilməlidir.