6.Fəaliyyət göstərən müəssisələrin genişləndirilməsi,texniki cəhətdən yenidən təchiz edilməsi və yenidən qurulması.
Ticarət müəssisələrinin layihələri elmi-texniki tərəqqinin tələblərinə cavab verməklə, yeni ticarət-texnoloji avadanlıq tiplərinin səmərəli tətbiqinə,mağazalarda və anbarlarda ticarət və texnoloji proseslərin optimal sxemlərinin hazırlanmasına, ticarət xidmətinin mütərəqqi metodlarının genişlənməsinə,ticarət işçilərinin əmək məhsuldarlığının yüksədilməsinə,ticarət və anbar sahəsindən maksimum istifadə edilməsinə,mexanikləşdirmə vəsaitlərindən istifadə səmərəliliyinin artırılmasına, müəssisə tiplərinin qüvvədə olan nomenklaturasına və əsaslı vəsait qoyuluşu normativlərinin yerinə yetirilməsinə imkan verilməlidir.