Analitik metodda əvvəlcə işin yerinə yetirilməsinin şərtləri təhlil edilir.Normallaşdırılan əməliyyatlar ayrı-ayrı elementlərə bölünür,sonra onun yerinə yetirilməsi müddətinə təsir göstərən bütün amillər müəyyən edilir, əməliyyatların optimal tərkibi layihələşdirilir,ayrı-ayrı elementlərə və bütövlükdə əməliyyatlara məsrəflər müəyyən edilir.
Analitik-hesablama və analitik-eksperiment metodları fərqləndirilir.
Analitik-hesablama və analitik-eksperiment metodları fərqləndirilir.
Analitik hesablama metodu avandanlıqların vaxt normativlərindən (miqdarının) istifadə etməyə əsaslanır.Anbar əməliyyatları elementlərə bölünür, hər bir element üzrə əmək normativi məcmuəsindən qiymət (məna) tapılır və toplanaraq bütün əməliyyatlara vaxt normativi tapılır.
Analitik eksperiment metod xronometraj və ya fotoqrafiya əsasında anbar əməliyyatları elementlərinə vaxt normaları müəyyən edilir.
Vaxt məsrəfləri normalarının perspektiv metodları kino və video çəkmədir.