65. Zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik hansı xəstəlik adlanır? A) Peşə xəstəliyi;
B) Sarılıq xəstəliyi;
C) Soyuqdəymə xəstəliyi;
D) Şəkər xəstəliyi;
E) Qızılça xəstəliyi.
66. İstehsalat travmaları və peşə xəstəliklərinin səbəblərini neçə qrupa bölmək olar? A) 4
B) 5
C) 6
D) 7
E) 8
67. İstehsalat zədələnmələri hansı texniki səbəblər qrupuna aiddir? A) Maşın və avadanlıqların nasaz olması, texnoloji proseslərə əməl edilməməsi;
B) Avadanlıqların, nəqliyyat vasitələrinin və alətlərin istismar qaydalarının pozulması;
C) İş yerinin təşkilindəki nöqsanlar;
D) Material və məmulatların daşınma, iş yerində və anbarda yığılma qaydasının pozulması;
E) Texnoloji reqlamentin və rejimlərin pozulması.
68. İstehsalat zədələnmləri hansı təşkilatı səbəblər qrupuna aiddir? A) Ərazinin, yol və keçidlərin qaydada saxlanılmaması, təhlükəsizlik əmək üsullarının fəhlələrə lazımi qədər öyrədilməməsi;
B) Əlverişsiz işıqlandırma;
C) Texnoloji proseslərin qeyri mükəmməlliliyi;
D) Ağır və təhlükəli işlərin lazımi qədər mexanikləşdirilməməsi;
E) Material və konstruksiyaların qüsurları.
69. İstehsalat zədələnmələrinin hansı psixofizioloji səbəblər qrupuna aiddir? A) İşçilərdə özünə nəzarətin zəifləməsi;
B) İş zonasının havasında zərərli qarışıqların norma həddindən artıq olması;
C) Şəxsi gigiyena qaydalarının pozulması;
D) Təhlükəsizlik əmək üsullarının işçilərə lazımi qədər öyrədilməməsi;
E) Əlverişsiz işıqlandırma.
70. İstehsaltda bədbəxt hadisələrin təhqiqi və uçotu haqqında əsasnaməyə əsasən hansı bədbəxt hadisələr araşdırılır? A) Gün ərzində istehsalatda və ondan kənarda, müdiriyyətin tapşırığını yerinə yetirərkən, fəhlə və qulluqçuları işə aparıb gətirərkən;
B) Təbii ölüm;
C) Özünəqəsd;
D) Zərərçəkənlərin cinayət törədərkən aldıqdarı zədə;
E) İntihar hadisələri zamanı.