ƏMƏYİN ÖDƏNİLMƏSİ


Əmək haqqının vəzifələri və bazar iqtisadiyyatı şəraitində onların təzahürü



Yüklə 119,5 Kb.
səhifə3/7
tarix09.04.2023
ölçüsü119,5 Kb.
#95234
1   2   3   4   5   6   7
ref iqtisad 008

1.4. Əmək haqqının vəzifələri və bazar iqtisadiyyatı şəraitində onların təzahürü
Ə məyin həvəsləndirilməsi sistemində əmək haqqı aparıcı rol oynayır. O, zəhmətkeşlərin maddi rifahının yaxşılaşdırılmasının əsas mənbəyidir, belə ki, onların gəlirlərinin əsas hissəsini (orta hesabla dörddən üçünü) təşkil edir.
Bir qayda olaraq, əməyin ödənilməsi ikili vəzifə daşıyır: o, bir tərəfdən işçilərin gəlirlərinin və həyat səviyyəsinin yüksəldilməsinin əsas mənbəyidir, digər tərəfdən istehsalın səmərəliliyinin artması və inkişafının maddi həvəsləndirilməsinin əsas vasitəsidir. Daha təfərrüatlı yanaşmada əmək haqqının aşağıdakı vəzifələrini ayırd etmək olar:
1. İşçi qüvvəsinin təkrar istehsalının tə‘min edilməsi, başqa sözlərlə işçinin həyat şəraitinin saxlanması və yaxşılaşdırılması. Belə ki, işçinin normal yaşamaq (mənzil, qida, geyim, yə‘ni ilkin tələbat malları üçün haqq vermək), iş üçün zəruri olan qüvvəni bərpa etmək üçün işdən dincəlmək (relaksasiya etmək) imkanı olmalıdır. Eləcə də işçi gələcək əmək ehtiyatları olan uşaqları böyüdüb tərbiyələndirməlidir.
2. Maddi həvəsləndirmə işçinin öz ixtisasını artırmasında marağının artması deməkdir, belə ki, nisbətən yüksək ixtisas daha yüksək maaşla ödənilir. Müəssisələr isə daha yüksək ixtisaslı kadrlara maraq göstərir.
3. Əmək məhsuldarlığının artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasının həvəsləndirilməsi.
Çox vaxt istehsal edilmiş malların, xidmətlərin keyfiyyət və kəmiyyəti bir-biri ilə qırılmaz surətdə bağlı olur, ona görə də mühümlüyü ilə əlaqədar olaraq bu iki maddəni birlikdə, təfsilatı ilə nəzərdən keçirmək daha yaxşıdır.
Əmək haqqının təşkili sisteminin təkmilləşdirilməsinin əsas istiqaməti əmək haqqının əmək kollektivinin (firmanın, kooperativin, müəssisənin və s.) fəaliyyətinin son nəticələrindən birbaşa və qəti asılılığının tə‘min edilməsidir. Bu məsələnin həllində vacib rolu əmək haqqının forma və sistemlərinin düzgün seçilməsi və səmərəli tətbiqi oynayır.
Əmək haqqının forma və sistemləri fəhlələrin əmək haqlarının miqdarının onların əməyinin nəticələrini əks etdirən kəmiyyət və keyfiyyət göstəricilərinin cəmi vasitəsilə sərf etdikləri əməyin kəmiyyəti və keyfiyyətindən asılılığının müəyyənləşdirilməsi üsullarıdır. Əməyin ödənilməsi forma və sistemlərinin əsas vəzifəsi əməyin ölçüsü ilə onun ödənilmə ölçüsü arasında düzgün nisbətin tə‘min edilməsidir.
Fəhlələrin əmək haqlarının forma və sistemləri əmək ölçüsünün qiymətləndirilməsi üsulunu və ödənilməsi üçün əməyin ölçülməsini (iş vaxtı ilə, istehsal edilmiş məhsulla, fərdi, kollektiv və son nəticələrlə), əməyin ölçüsü və onun ödənilməsi arasında yaradılmış funksional əlaqənin xassəsini, əməyin bu və ya digər kəmiyyət və keyfiyyət nəticələrindən asılı olaraq əmək haqqının dəyişilmə nisbətlərini qabaqcadan müəyyənləşdirir.
Əmək məsrəfləri göstəricisi iş vaxtı və hazırlanmış məhsulun (yerinə yetirilmiş əməliyyatların) miqdarıdır. Buna uyğun olaraq maddi istehsal sahələri müəssisələrində fəhlə əməyinin ödənilməsinin iki formasından – vaxtamuzd və işəmuzd qaydada ödənişdən istifadə edirlər. Vaxtamuzd ödənilmədə əməyin ölçüsü kimi sərf edilmiş vaxt çıxış edir, fəhlənin əmək haqqı isə onun tarif dərəcəsinə (ona verilmiş dərəcədən çıxış edərək) və ya əslində sərf edilmiş vaxta görə maaşa uyğun olaraq hesablanır.
İşəmuzd ödənilmədə əməyin ölçüsünü fəhlənin istehsal etdiyi məhsul təşkil edir (gördüyü işin həcmi), ona görə də onun əmək haqqı birbaşa istehsal etdiyi məhsulun kəmiyyəti və keyfiyyətindən asılıdır, yə‘ni müəyyənləşdirilmiş işəmuzd qaydada qiymətləndirmədən irəli gələrək hər bir məhsul vahidi – ədəd, kiloqram, metr və s. üçün hesablanır.
Əməyin ödənilməsinin bu və ya digər forma və sistemini seçərkən tətbiq edilən avadanlığın xassəsi, texnoloji proseslərin və istehsalın təşkilinin xüsusiyyətləri, əməyin təşkili formaları, məhsulun keyfiyyətinə olan tələblər və əmək və maddi ehtiyatlardan istifadə edilməsi kimi obyektiv şərtləri nəzərə almaq vacibdir.
Əməyin işəmuzd qaydada ödənilmə formasından istifadə etmək aşağıda göstərilən şərtlər daxilində məqsədəuyğundur:
Ş vahid məhsulun istehsalına sərf edilən vaxtın azaldılması şəraitində məhsul istehsalını artırmağın real imkanlarının varlığı;
Ş sabit texnologiya və məhsulun uyğun keyfiyyəti şəraitində işçilərin (briqadaların) məhsul istehsalını artırmaq imkanının olduğu halda;
Ş hətta kiçik imkanlar daxilində verilmiş sahədə (iş yerində) məhsul istehsalı həcminin artırılmasına istehsalın tələbatının olduğu halda.
Vaxtamuzd ödənişin tətbiqi aşağıda göstərilən şərtlər daxilində məqsədəuyğundur:
Ş ciddi reqlamentləşdirilmiş aparatlı, avtomatlaşdırılmış və çevik avtomatlaşdırılmış istehsalların olması, burada işçi (işçilər qrupu) texnoloji (maşın) vaxta tə‘sir edə bilmir;
Ş məhsulun (işlərin) keyfiyyətinə yüksək tələblərin olması, bu da birbaşa fəhlələrdən asılıdır;
Ş iş yerində məhsul istehsalını həqiqətən artırmaq olar, amma istehsala bu qədər məhsul lazım olmayacaq.

Yüklə 119,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin