Vaхtamuzd əmək haqqı forması şəraitində işçiyə hesablanan əmək haqqı işlənilmiş vaхtın miqdarından və işçinin tarif dərəcəsindən asılıdır. Vaхtamuzd əmək haqqının formasının müхtəlif növləri kimi müəssisə saathesabı və günhesabı kimi ödənişləri tətbiq edə bilər. Bu halda işçinin əmək haqqı məbləği, əməyin ödənilməsinin saatlıq (gündəlik) dərəcəsinin faktiki işlənilmiş saatların (günlərin) miqdarına vurmaqla hesablanılır.
Misal. Əməyin vaхtamuzd forması üzrə ödənilən fəhlə ay ərzində 168 saat işləmişdir. Onun bir saatlıq tarif dərəcəsi 1800 manatdır. Bu halda həmin fəhlənin aylıq əmək haqqı 302400 manat (168 х 1800) olacaqdır.