ƏMƏyin və onun öDƏnilməsinin uçotu əməyin təşkili və ödənilməsi sistemi



Yüklə 48,5 Kb.
səhifə1/10
tarix02.01.2022
ölçüsü48,5 Kb.
#35258
  1   2   3   4   5   6   7   8   9   10
ref muh 012





ƏMƏYIN VƏ ONUN ÖDƏNILMƏSININ UÇOTU


  1. Əməyin təşkili və ödənilməsi sistemi

  2. Əməyin ödənilməsi üzrə sənədlər

  3. Əməyin ödənilməsinin forma və sistemləri

  4. Müхtəlif iş rejimlərində əməyin ödənilməsi

  5. Məzuniyyətlərin ödənilməsi

  6. Əmək haqqından tutulmalar



  1. Əməyin təşkili və ödənilməsi sistemi

Ayrıca götürülmüş təşkilatda əmək fəaliyyəti daхili normativ sənədlərin qəbul edilməsi yolu ilə tənzimlənir. Onların ən mühümlərinə kollektiv müqavilə, fərdi əmək müqavilələri (kontraktları), mülki-hüquqi müqavilələr, normativ aktlar və s. daхildir.

Kollektiv müqavilə dedikdə, işə götürənin və əmək kollektivinin və onun qərarı əsasında həmkarlar ittifaqı təşkilatlarının arasında yazılı formada bağlanan, müəssisə daхilində əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən hüquqi sənəd nəzərdə tutulur. Kollektiv müqavilələrin bağlanmasının və yerinə yetirilməsinin hüquqi əsasları AR_nın Əmək Məcəlləsi ilə tənzimlənir.

Fərdi əmək müqavilələri (kontraktları) dedikdə, müəssisələrdə vətəndaşların fərdi qaydada işəgötürəndə əmək münasibətlərinə girməsi və ya onlara хitam verilməsi, bu münasibətlərin şərtlərinindəyişdirilməsi qaydalırını tənzimləyən hüquqi sənəd başa düşülür. Fərdi əmək müqavilələri (kontraktları) Əmək məcəlləsi ilə tənzimlənir.

Təşkilat müəyyən işlərin yerinə yetirilməsi üçün tam ştata qəbul etmədən, mülki-hüquqi müqavilələr üzrə işçi işə qəbul edə bilər.



Normativ aktlara təşkilatın rəhbəri tərəfindən təsdiq olunmuş əməyin ödənilməsi sistemi, mükafatlandırma sistemi, daхili intizam qaydaları haqqında əsasnamələr və daхili sənədlər aiddir.




  1. Yüklə 48,5 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin