779) Adrenogenital sindromunun irsi keçmə yolları hansıdır?
A) Autosom-resessiv
B) Poligen
C) Autosom-dominant
D) Mutasiya de novo ilə bağlı
E) X-birləşmiş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
780) Feoxromositomanın kliniki simptomları hansıdır?
A) Hipotoniya və hipermetabolizm
B) Hipertoniya, hipoqlikemiya və hipermetabolizm
C) Hipertoniya və hipermetabolizm
D) Hipotoniya və hiperqlikemiya
E) Hipertoniya və hipoqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
781) 14 yaşlı pasiyent aşağıdakı şikayətlərlə həkimə müraciət edir: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkir. Obyektiv müayinədə boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalıdır. AT 90/50 mm.c.s. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Diffuz - toksik ur
B) Bağırsaq infeksiyası
C) Anoreksiya
D) Hipoaldosteronizm
E) Böyrəküstü vəzinin çatışmazlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
782) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciyyət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Böyrək-üstü vəzinin çatmamazlığı haqqında subut edən simptomlar hansılardır?
A) Hündürboyluluq
B) AT dəyişilməməsi
C) Hipotoniya
D) İştahsızlıq
E) Arıqlama və dərinin tündləşməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
783) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) Qanda kortizolun təyini
B) Qanda leykositlərin təyini
C) Qanda Ca təyini
D) Qanda eozinifillərin təyini
E) Qanda adrenalinin təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |