902) Yumurtalıqların virilizəedici şişlərinə aşağıdakı simptomlardan hansı xasdır?
A) Amenoreya, güclü hirsutizm, səsin kobudlaşması
B) Kaxeksiya, uşaqlıq qanaxmaları, piqmentasiya
C) Qalaktoreya, alopesiya, amenoreya
D) Piylənmə, güclü hirsutizm, uşaqlıq qanaxmaları
E) Səsin kobudlaşması, qalaktoreya, dəridə striyalar
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
903) Yumurtalıqların virilizəedici şişlərinin diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr vacibdir.
A) Hormonal sınaqlar, yumurtalıqların USM-si, EKQ
B) Hormonal analizlər, yumurtalıqların və böyrəküstü vəzilərin KT-sı, hormonal sınaqlar
C) Böyrəküstü vəzilərin KT-sı, döş qəfəsinin R-qrafiyası, yumurtalıqların USM-si
D) EKQ, yumurtalıqların KT-sı, kəllənin R-qrafiyası
E) Böyrəküstü vəzilərin USM-si, hormonal analizlər, döş qəfəsinin R-qrafiyası
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
904) Yumurtalıqların virilizəedici şişlərinində aşağıdakı müalicə məqsədəuyğundur.
A) Antiandrogenlərlə müalicə
B) Şüa terapiyası
C) Qonadotropinlərin analoqları ilə müalicə
D) Cərrahi müalicə
E) Antiestrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
Dostları ilə paylaş: |