1064) Qalxanvari vəzin papilyar xərcəngi daha çox kimlərdə təsadüf edilir?
A) yaşlı kişilərdə
B) yaşlı qadınlarda
C) qadınlarda və kişilərdə eyni
D) 30-40 yaşlı kişilərdə
E) 30-40 yaşlı qadınlarda
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1065) Qalxanvari vəzi xərçənginin ən həssas markeri hansıdır?
A) T4 sərbəst
B) TSH
C) T3 sərbəst
D) Anti TPO
E) Tireoqlobulin
Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1066) Neonatal hipertireozda ölüm faizi nə qədərdir?
A) 10%
B) 90%
C) 70%
D) 20%
E) 30%
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1067) Qalxanvari vəzin hansı xəstəliklərində cərrahi müalicə mütləq göstərişdir?
A) Follikulyar adenoma (d-3,9x4,0sm)
B) Çoxdüyünlü ur(V-32ml)
C) Diffuz toksiki ur(V-22ml)
D) Düyünlü kolloid ur (d-1,4x1,3 sm)
E) Yalançı düyünlərlə formalaşmış autoimmun tireoiditin hipertrofik forması(d 2,2x2,5)
Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1068) Diffuz toksik urun əməliyyatdan sonraki residivinin müalicəsi hansı metodla aparılır?
A) 1,5 illik propiltiourasillə müalicə
B) Təkrar cərrahi əməliyyat
C) Tireostatiklərlə və immunomodulyatorlarla müalicə
D) Radioaktiv yodla müalicə
E) 1,5 illik tiomazolla müalicə
Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1069) Yod çatışmazlığı zamanı urun formalaşmasının patogenezində mühüm əhəmiyyət kəsb edən faktor aşağıdakılardan hansıdır?
A) Tiroksin birləşdirici qlobulinin səviyyəsinin artmasi
B) Normadan artıq TSH artması
C) Hipotireozun kompensasiya tireositlərin hiperplaziyasının əmələ gəlməsi
D) TSH-a qarşı triositlərin həssaslığının artması və tireositlərin toxuma inkişaf faktorlarının aktivləşməsi
E) Antitiroid anticismlərin əmələ gəlməsinin stimullaşması
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1070) Hansı preparatların tireotoksik miokardiodistrofiya nəticəsində əmələ gələn ürək çatışmazlığında istifadəsi məsləhət deyil?
A) Hipotiazid
B) Veroşpiron
C) Diqoksin
D) Atenolol
E) Furosemid
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
Dostları ilə paylaş: |