603) Bu preparatlardan biri angioprotektor təsirə malik deyil?
A) Bukarban
B) Kalsium dobezilat
C) Parmidin
D) Qliklazid
E) Pentoksifillin
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
604) Diabetik angiopatiyaların müalicəsində aşağıdakılardan hansı biri istifadə olunmur?
A) Qlibenklamid
B) Doksium
C) Sulodeksid
D) Prodektin
E) Trental
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
605) Aşağıdakı preparatlardan biri lipotrop effektə malik deyil?
A) Metionin
B) Xolin xlorid
C) Qlibenklamid
D) Lipoy turşusu
E) Nikotin turşusu
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
606) Şəkərli diabet zamanı lipid mübadiləsinin pozulmaları arasında bu olmur?
A) Triqliseridlərin səviyyəsinin artması
B) Sərbəst yağ turşularının səviyyəsinin artması
C) YSLP səviyyəsinin artması
D) ASLP/YSLP nisbətinin artması
E) ÇASLP sintezinin artması
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
607) Şəkərli diabet zamanı lipid mübadiləsinin korreksiyası üçün bu preparatları təyin etmirlər?
A) Statinlər
B) Biquanidlər
C) B-blokatorlar
D) Fibratlar
E) Öd turşularının sekvestrantları
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
608) Şəkərli diabet xəstələrində hiperxolesterinemiyanın müalicəsində biri məqsədəuyğun deyil?
A) Disinon
B) Siprofibrat
C) Xolestiramin
D) Lovastatin
E) Pəhrizdə doymuş yağların sutkada 10% və xolesterinin 300 mq qədər azaldılması
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
609) Şəkərli diabet zamanı lipidlərin peroksid oksidləşməsini yatırtmaq üçün aşağıdakılardan biri təbiq edilmir?
A) Probukol
B) Nikotinamid
C) Alfa-tokoferol
D) Doymuş yağ turşuları ilə zəngin pəhriz
E) Monodoymamış yağ turşuları ilə zəngin pəhriz
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
610) Şəkərli diabet zamanı dozalanmış fiziki aktivlik aşağıdakılardan hansının yaranmasına gətirib çıxarmır?
A) İnsulin dozasının azalması
B) Bədən çəkisinin azalması
C) Qlikemiyanın səviyyəsinin azalması
D) Ürək-damar xəstəliklərinin əmələgəlmə riskinin artması
E) İnsulinə qarşı həssaslığın artması
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
611) Şəkərli diabet fizioterapevtik müalicə metodlarını bu vəziyyətdə tətbiq etmirlər?
A) İnsulin inyeksiyalarından sonraki lipodistrofiyalar
B) Diabetik polineyropatiya
C) Lipoid nekrobioz
D) Qara ciyərin piy distrofiyası
E) Qlaukoma
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
Dostları ilə paylaş: |