791) İkincili hipokortisizm üçün nə xarakterikdir?
A) Mineralokortikoidlərin defisiti yaranmır
B) Melanodermiya və duzlu qidalara meyl xarakter klinik əlamətidir
C) Birincili hipokortisizmlə müqayisədə daha ağır gedişə malikdir
D) Kəllə-beyin travmalarının ən çox rast gəlinən ağırlaşmalarındandır
E) Diaqnozu əsasən kəllənin rentgenoqrafiyası əsasında qoyulur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
792) Qlükokortikoid preparatlarına aiddir?
A) Doksasozin
B) Propranolol
C) Yuxarıda sadalananların hamısı doğrudur
D) 9 α-ftorkortizol
E) Deksametazon
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
793) Sinaktenlə testi hansı məqsədlə aparılır?
A) Birincili hipokortisizmin diaqnostikası üçün
B) Birincili hiperaldosteronizmin diaqnostikası üçün
C) AKTH defisitinin aşkarlamaq üçün
D) Hipofizar və böyrəküstü Kuşinq sindromunun differensial diaqnostikası üçün
E) İkincili hipokortisizmli xəstənin əməliyyat öncəsi hazırlığı üçün
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
794) Birincili xroniki böyrəküstü vəzi çatmamazlığı üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Kortikosteroidlərlə əvəzedici müalicə fonunda böyrəküstü vəzin atrofiyasının reqressinə və funksiyalarının bərpasına nail olmaq olur
B) Adrenoleykodistrofiya və böyrəküstü vəzin vərəmi çox rast gəlinən səbəblərindəndir
C) Böyrəküstü vəzin qabıq maddəsinin autoimmun destruksiyası ən çox rast gəlinən səbəblərindəndir
D) Dəri və görünən selikli qişaların hiperpiqmentasiyası MSH hipersekresiyası hesabına olur
E) Autoimmun tireoiditlə birgə rast gəlinməsi Şmidt sindromu adlanır
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
Dostları ilə paylaş: |