876) Şteyn-Levental sindromu zamanı aşağıdakı kariotip müşahidə olunur?
A) 45,XO
B) 46,XX
C) 47,XXX
D) 46,XY
E) 47,XXY
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
877) Şteyn-Levental sindromunda aşağıdakı hormonal dəyişikliklər olur.
A) Estrogenlər azalır, androgenlər azalır, tireotrop hormon artır
B) Androgenlər artır, lüteinləşdirici hormon artir, somatotrop hormon normada olur
C) Tireotrop hormon azalır, androgenlər artır, insulin artır
D) Qonadotrop hormonlar azalır, estrogenlər artır, prolaktin artır
E) İnsulin azalır, androgenlər artir, follikulstimuləedici hormon artır
Ədəbiyyat: Старкова Н.Т., 2002
878) İnsulinədavamlılıqla olan yumurtalıqların polikistoz sindromunda aşağıdakı müalicə məqsədəuyğun deyil.
A) Pəhrizlə və biquanidlərlə müalicə
B) Biquanidlərlə müalicə
C) Sulfanilsidikcövhərinin törəmələri ilə müalicə
D) Tiazolidindionlarla müalicə
E) Biquanidlərlə və tiazolidindionlarla müalicə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
879) Yumurtalıqların polikistoz sindromu kəskin hiperandrogeniya ilə və insulinə davamlılıqsızlıqla keçəndə aşağıdakı müalicə aparılmalıdır.
A) Roziqlitazon
B) Klomifen-sitrat
C) Sibutramin
D) Metformin
E) Etinilestradiol siproteron
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
880) Yumurtalıqların polikistoz sindromunun böyrəküstü formasında aşağıdakı müalicə aparılmalıdır.
A) Klomifen-sitrat
B) Etinilestradiol/levonorqestrel
C) Triptorelin.
D) Deksametazon
E) Metformin
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
Dostları ilə paylaş: |