216) Qalxanvari vəzin medullyar xərçəngi hansı hüceyrələrdən əmələ gəlir?
A) C-hüceyrələrdən (parafollikulyar)
B) B-hüceyrələrdən (Aşkenazi)
C) Yastıepiteliy hüceyrələrindən
D) Qürtl hüceyrələrindən
E) A-hüceyrələrdən (follikulyar)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
217) Tireoliberin nəyin sekresiyasını artırır?
A) Prolaktinin
B) Adrenalinin
C) STH-un
D) FSH-un
E) AKTH-un
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
218) Qalxanvari vəzin xərçənqinin yaranmasının risk faktorlarına hansı aid deyil?
A) Anamnezdə boyun nahiyəsinin şualanması
B) Tireoid hormonların qəbulu
C) Ailədə qalxanvari vəzin xərçənqi hallarının rast qəlməsi
D) Radiasiyanın təsiri
E) Çoxdüyünlü ur
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
219) 25 yaşlı qadın son 6 ay ərzində 10 kq arığlamadan şikayət edir. Obyektiv müayinədə-əsəbidir və narahatdır. Əllərin nəm olması və əsməsi nəzərə çarpır. Bədənin h-ti -37.4 C, PS -105 vur/dəq, AT – 135/75 mm.c.s. Laborator müayinələr: Na 141 mmol/L, Ka 4.2 mmol/L, qlyukoza 78 mq/dL, kreatinin 0.8 mq/dL. Digər laborator göstəricilər hansılardır?
A) Qastrinin 200 pq/ml qədər artması
B) T4 14 mkq/dl qədər artması
C) Kortizolun 40 mkq/dl qədər artması
D) Katexolaminlərin sidik ilə ekskresiyasının artması (500 mkq/sut)
E) Antinuclear anticismlərinin artması
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
220) 49 yaşlı qadın soyuqluq hissindən, bədən çəkisinin artmasından (4 kg bir ayda) və halsızlıqdan şikayət edir. Obyektiv müayinə zamanı dərinin quruluğu, kobudlaşması və saçların tökülməsi aşkarlanıb. Laborator müayinələr: TSH -11, 7 mU/l, T4 – 2,1 mkq/dl. Mumkün diaqnoz hansıdır?
A) Diffuz toksiki ur
B) Papilyar karsinoma
C) Yarımkəskin tireoidit
D) Tireoidit Xasimoto (son mərhələ)
E) Düyünlü ur
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
221) 28 yaşlı qadın son ay daim istilik hissindən, əsəbilikdən və hava çatışmazlığından şikayət edır. İştahı artıb amma 5 kg arıqlayıb. Obyektiv müayinə zamanı bədənin temperaturu 37.5º C, PS 101 vur/dəq., AT 145/85 mm.c.s. Laborator müayinələr hansı dəyişiliklərin aşkarlaya bilər?
A) İnsulinin azalması
B) Kalsitonin artması
C) TSH azalması
D) Katexolaminlərin artması
E) AKTH artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
222) Subklinik hipertireoz üçün tireoid hormonların hansı qöstəriciləri xarakterikdir?
A) Tireoqlobulinin səviyyəsinin artması
B) TSH artması, dəyişilməmiş Т3 və Т4
C) TSH azalması, dəyişilməmiş Т3 və Т4
D) TSH artması, dəyişilməmiş Т3 və azalmış Т4
E) TSH azalması, dəyişilməmiş Т3 və azalmış Т4
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |