762) Aşağıdakı preparatlardan hansı mineralokortikoidlərə aiddir?
A) Dezoksikortikosteron asetat
B) Prednizolon
C) Hidrokortizon
D) Kortizon asetat
E) Metil prednizolon
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
763) Kuşinq xəstəliyi səbəbindən xəstədə ikitərəfli adrenalektomiya əməliyyatı keçirilmişdir. Nelson sindromu inkişaf edir və hipofizdə mikroadenoma aşkarlanır. İlkin etap üçün müalicə taktikasını göstərin?
A) Parlodel təyini
B) Adenomektomiya
C) Hipofizektomiya
D) Dostineks təyini
E) Xloditan təyini
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
764) Ağır gedişli Addison xəstəliyindən əziyyət çəkən xəstədə ümumi zəiflik, ürəkbulanma, qusma, qarında ağrılar, oynaq və əzələlərdə ağrılar, ishal başlayır. Hipotoniya, piqmentasiya başlayır, qarnın palpasiyası zamanı diffuz ağrılar qeyd olunur. Xəstənin vəziyyətinin pisləşməsinə səbəb nədir?
A) Heç biri doğru deyil
B) Addison krizi
C) Qida toksikoinfeksiyası
D) Mineralokortikoidlərin artıq dozası
E) Qoşulan kəskin pankreatit
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
Dostları ilə paylaş: |