151) Merkazolil ilə tireotoksikozun müalicəsi neçə müddətdən az olmamalıdır?
A) 4-6 ay
B) 12-18 ay
C) 2-3 ay
D) 19-24 ay
E) 7-11 ay
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
152) Üçüncülü hipotireozun yaranma səbəbi hansıdır?
A) Simmonds-Şıyen sindromu
B) Yod çatışmazlığı
C) Tireoliberin sekresiya edən hipotalamik mərkəzlərinin birincili zədələnməsi
D) Hipofizin adenoması
E) Qalxanvari vəznin radiasiya ilə zədələnməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
153) Birincili hipotireozun patogenezini nə təşkil edir?
A) Qalxanvari vəzin toxumasının hiperplaziyası
B) Tireoliberinin sintezinin azalması
C) Tireoliberinin sekresiyasının azalması
D) TSH sekresiyasının azalması
E) Qalxanvari vəzin toxumasının azalması ilə tireoid hormonlarının sintezinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |