577) Sulfanilamid preparatların əlavə təsirlərinə aşağıdakılardan biri aid deyil:
A) Mədə-bağırsaq təzahürləri
B) Qaraciyərin funksiyasının toksik pozulmaları
C) Bədən çəkisinin azalması
D) Trombositlərin, leykositlərin azalması
E) Allergik reaksiyalar
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
578) II tip şəkərli diabet xəstələrində sulfanilamid preparatlarına qarşı ikincili davamlılığın (rezistentliyin) yaranması aşağıdakılardan hansı biri ilə bağlı deyil?
A) İnsulinədavamlılığın azalması ilə
B) Çox yemə ilə
C) B-hüceyrələrin sayının proqressivləşən azalması ilə
D) Fiziki aktivliyin azalması ilə
E) Dozanın və qəbul vaxtının düzgün seçilməməsi ilə
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
579) Sulfanilamid preparatların qəbulu fonunda yaranan və huşun itməsi olmadan gedən ağır hipoqlikemiya zamanı aşağıdakılardan hansı biri məsləhət görülmür?
A) Qlükozanın vena daxilinə vurulması
B) Tez həll olunan karbohidratların peroral qəbulu
C) Qlükaqonun vurulması
D) Adrenalinin vurulması
E) Sulfanilamid preparatların əvvəlki dozada və rejimində qəbulunun davamı
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
Dostları ilə paylaş: |