636) Zabroda fenomeni nədir?
A) XBÇ olan şəkərli diabetli xəstələrdə ekzogen insulinə qarşı tələbatın azalması
B) Heç biri doğru deyil
C) Gecə hipoqlikemiyasından sonrakı səhər hiperqlikemiyası
D) İlkin olaraq aşkarlanmış Şəkərli diabet tip 1 xəstələrində insulinterapiyanın başlanmasından sonra ekzogen insulinə qarşı tələbatın azalması
E) Kontrinsulyar hormonların təsirindən səhər erkən saatlarda hiperqlikemiya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
637) Ketoasidoz zamanı böyük doza insulinin yeridilməsi aşağıda yazılanlardan hansı birinə səbəb ola bilməz?
A) Hipoqlikemik vəziyyət
B) Xəstənin vəziyyətinin yaxşılaşmasına
C) Hipokaliemiya
D) Beyin ödemi
E) Hiperkaliemiya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
638) Xəstəni diabetik ketoasidozdan çıxarmaq üçün venadaxili infuzion terapiya ilkin olaraq nədən başlanılır?
A) Hipotonik natrium xlorid məhlulundan (0,45%)
B) Hemodez
C) 5% qlükoza məhlulu
D) Reopoliqlükin
E) İzotonik natrium xlorid məhlulundan (0,9%)
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
Dostları ilə paylaş: |