655) Birincili xroniki hipokortisizm sadalananlardan hansı ilə differensasiya etmək məqsədəuyğun deyil?
A) Sklerodermiya
B) Hipotireoz
C) Hemoxromatoz
D) Diffuz toksiki ur
E) Xroniki enterit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
656) Addison xəstəliyi ilə yanaşı 12-barmaq bağırsağın xora xəstəliyi inkişaf etmişsə müalicədə hansı preparatlara üstünlük verilməlidir?
A) DOKSA (dezoksikortikosteron asetat)
B) Deksametazon
C) Prednizolon
D) Kortizol
E) Triamsinolon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
657) Xəstəni addisonik krizdən çıxarmaq üçün hansı vasitələrdən istifadə edilmir?
A) DOKSA (dezoksikortikosteron asetat) -sublinqval
B) DOKSA (dezoksikortikosteron asetat) - əzələ daxili
C) Qlyukoza ilə fizioloji məhlul (vena daxili)
D) Natrium xlor vena daxilinə (izotonik məhlul)
E) Hidrokortizon suksinat (venadaxili)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
658) Böyrəküstü vəzinin qabıq maddəsinin anadangəlmə virilizəedən hiperplaziyasının daha çox rast gələn kliniki formalarını göstərin?
A) Virilizasiyası aydın təzahür etməyən və duz itirən kliniki forma
B) Duz itirən forma
C) Hipertonik forma və sadə viril forma
D) Hipoqlikemiya ilə keçən forma
E) Sadə viril forma (ağırlaşması olmayan) və duz itirən forma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
659) Sadalananlardan hansı yaşlı qadınlarda adrenogenital sindrom üçün xarakterik deyil
A) Xarici cinsiyyət üzvlərinin hermafrodit quruluşlu olması
B) Hirsutizm
C) Mensturyasiyanın pozulması (hipomenoreya)
D) Tüklərin tökülməsi
E) Qan təzyiqinin dəyişilməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |