733) Adrenogenital sindromunun irsi keçmə yolları hansıdır?
A) Autosom-resessiv
B) Poligen
C) X-birləşmiş
D) Autosom-dominant
E) Mutasiya de novo ilə bağlı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
734) Feoxromositomanın kliniki simptomları hansıdır?
A) Hipertoniya, hipoqlikemiya və hipermetabolizm
B) Hipotoniya və hipermetabolizm
C) Hipertoniya və hipermetabolizm
D) Hipertoniya və hipoqlikemiya
E) Hipotoniya və hiperqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
735) 14 yaşlı pasiyent aşağıdakı şikayətlərlə həkimə müraciət edir: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkir. Obyektiv müayinədə boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalıdır. AT 90/50 mm.c.s. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Bağırsaq infeksiyası
B) Anoreksiya
C) Hipoaldosteronizm
D) Diffuz - toksik ur
E) Böyrəküstü vəzinin çatışmazlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
736) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciyyət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Böyrək-üstü vəzinin çatmamazlığı haqqında subut edən simptomlar hansılardır?
A) AT dəyişilməməsi
B) Arıqlama və dərinin tündləşməsi
C) İştahsızlıq
D) Hipotoniya
E) Hündürboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
737) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) Qanda kortizolun təyini
B) Qanda eozinifillərin təyini
C) Qanda adrenalinin təyini
D) Qanda leykositlərin təyini
E) Qanda Ca təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |