900) Kişi klimaksını androgenlərlə müalicə etməkdən əvvəl hansı müayinələr aparılmalıdır?
A) Manual rektal müayinə, qanda PSA səviyyəsinin yoxlanılması
B) Cinsi vəzilərin USM-si, döş qəfəsinin R-skopiyası
C) Qanda PSA səviyyəsinin yoxlanılması, EKQ
D) Döş qəfəsinin R-skopiyası, manual rektal müayinə
E) EKQ, cinsi vəzilərin USM-si
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
901) Kişilərdə hipoqonadotrop hipoqonadizm zamanı XQ ilə MQ kombinə edilmiş terapiyanın məqsədi nədir?
A) İkincili cinsi əlamətlərin induksiyası
B) Libidonun qüclənməsi
C) Spermatogenezin induksiyası
D) Prolaktinin miqdarını aşağı salmaq
E) Leydiq hüceyrələrinin stimulyasiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
902) Kişilərdə hipoqonadizmin müalicəsi depo-testosteron preparatlarının hansı dozada təyin etməklə başlanır?
A) 2 ml 3 gündən bir
B) 3 ml həftədə 1 dəfə
C) 1 ml hər gün
D) 1 ml 10 gündən bir
E) 2 ml hər gün
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
903) Yeniyetmədə birincili hipoqonadizm zamanı müalicəni hansı preparatlarla aparırlar?
A) Prozerin qrupu ilə
B) Xorionik qonadotropinlə
C) E vitamini ilə
D) Anabolik steroidlərlə
E) Sildenafil ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
Dostları ilə paylaş: |