1142) Volf- Çaykov effekti nə deməkdir?
A) Əməliyyatdan sonrakı hipotireoz
B) Tireostatik kriz
C) Yüksək dozalı tiroid hormonlarının təyini zamanı əmələ gələn tireotoksikoz
D) Yüksək dozalı yod preparatların qəbulu nəticəsində qalxanvari vəzidə tireoid hormonların sintezinin müvəqqəti inhibasiya edilməsi
E) Hipotireoz ödemləri
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1143) 53 yaşında kişi. Şikayətləri: Son aylar sağ gözün bərəlməsi, görmə zəifləməsi və pozğunluğu yoxdur, tireotoksikoz simptomları yoxdur. Xəstənin ilkin müalicə sxemi necə olmalıdır?
A) Qanda tiroid profilinin yoxlanıması, antitiroid anticismlər, görmə itiliyinin və sahəsinin təyin edilməsi, kəllənin MRT müayinəsi
B) Kəllənin rentgen müayinəsi
C) Qanın hormonal spektrinin təyini
D) Qanın lipid spektrinin təyini
E) Qalxanvari vəzin USM müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
Dostları ilə paylaş: |