1144) Akromeqaliya zamanı konservativ müalicəyə göstəriş hansılardır?
A) Ahıl yaş, cərrahi əməliyyata hər hansı bir əks göstəriş və çox kiçik adenomalar
B) Şəkərli diabet tip 2 olması
C) Kraniofaringeomanın olması
D) Makroadenomalar
E) Gənc yaş
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1145) 17 yaşlı qızda menarxe 13 yaşda başlayıb və müntəzəm olub. Son 8 aydır ki, tam kəsilib, periodik olaraq döş vəzilərindən açıq rəngli möhtəviyyat müşahidə olunur.Heç bir preparat qəbul etmir. Prolaktinin qanda səviyyəsi 6000 mvah/L (norma 360 mvah/L qədər). Növbəti müayinə planında ilk addım nədən başlamalıdır?
A) Yumurtalıqların müayinəsi
B) Başın MRT-si, Göz dibinin müayinəsi
C) Cinsi xromatinin təyini
D) Qalxanvari vəzin müayinəsi
E) Mədəaltı vəzinin müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1146) Oğlanlarda hipoqonadizmə şübhə zamanı hansı müayinə metodlarından istifadə etmək məsləhətdir?
A) Xayaların biopsiyası
B) TSH, Anti TPO təyini
C) Qonadoliberin sınağı, Klomifen sınağı, Spermoqramma, xayaların müayinəsi və biopsiyası
D) Sidikdə 17 KS və 17 OKS –in təyini
E) Başın KT təyini
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1147) Poliuriya və polidipsiya hansı xəstəliyin kardinal simptomlarına aid deyil?
A) I-li hiperaldosteronizm
B) Hiperparatireoz
C) Şəkərli diabet
D) Şəkərsiz diabet
E) Hipotireoz
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
Dostları ilə paylaş: |