241) Qalxanabənzər vəzin böyüməsi aşağıdakılardan hansına sübutdur?
A) Sadalananların heç biri doğru deyil
B) Diffuz toksiki zobun olmasına
C) Tireotoksikozun olmasına
D) Xəstəyə levotiroksin (50-100 mkq/sutkA) verilməsinin vacibliyinə
E) Xəstəyə profilaktik dozada yod preparatlarının verilməsinin zəruri olmasına olaraq
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
242) Yod defisiti zamanı orqanizimdə zobun əmələ gəlmə patogenezi necədir?
A) Tirositlərin hiperplaziyası ilə əlaqədar inkişaf edən hipotireoz
B) TTH-ın səviyyəsinin normadan artması
C) Antitiroid antitellərin ifrazının stimulyasiyası
D) Tirositlərin TTH həssaslığının artması və tirositlərin hüceyrə inkişaf faktorunun artması
E) Plazmada tiroksin birləşdirən qlobulinin səviyyəsinin artması
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
243) Xəstədə qalxanabənzər vəzin USM zamanı qalxanabənzər vəzin sol payında d=2 mm olan hipoexogen sahə müəyyən edilir (qalxanabənzər vəzin həcmi və tiroid hormonların səviyyəsi norma çərçivəsindədir). Sizin diaqnozunuz ne olacaq?
A) 2-ci dərəcəli ur
B) Endemik ur
C) Praktiki sağlam
D) Qalxanabənzər vəzin sol payının solitar düyünü (solitar düyünün punksion biopsiyası göstərişdir)
E) Düyünlü eutireoid ur
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
Dostları ilə paylaş: |