260) Diffuz toksiki zob zamanı qalxanabənzər vəzi palpasiyada necə hiss olunur?
A) Hamar və sərt vəzi
B) Hər iki payda sərt düyünlü törəmələr
C) Diffuz toksiki zob zamanı vəzi atrofiyaya uğradığından palpasiya olunmur
D) Yumşaq-elastik sahələri olan qeyri-bərabər sərtləşmiş vəzi
E) Yumşaq-elastik konsistensiyalı
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
261) Atrofik autoimmun tireoiditi olan xəstədə qalxanabənzər vəzi palpasiya zamanı necə hiss olunur?
A) Qalxanabənzər vəzi palpasiya olunmur
B) Ölçülərdə böyümüş,bərk,daşlaşmış
C) Hamar və sərt vəzi
D) Yumşaq-elastik sahələri olan qeyri-bərabər sərtləşmiş vəzi
E) Hər iki payda düyünlü törəmələr
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
262) Autoimmun tireoiditin eutireoz mərhələsindəki sitoloji və histoloji şəkli necədir?
A) Fibroz toxumanın üstünlüyü ilə kapsulanın inkişafı
B) Qiqant hüceyrəli qranuloma
C) Yuxarıda sadalananların hamısı
D) Tirositlərin total hiperplaziyası, immun sistem hüceyrələrin infiltrasiyası olmur
E) Aşkenazi-Gürtl hüceyrələri dolu limfositar infiltrasiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
263) Birincili hipotireozun müalicəsində hansı preparatı istifadə etmək daha düzgündür?
A) Triyodtironin
B) Tərkibində T3 və T4 olan kombinə olunmuş preparatlar
C) Tərkibində yodid və T4 olan kombinə olunmuş preparatlar
D) Yodid
E) Levotiroksin (L-tiroksin)
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
Dostları ilə paylaş: |