372) 2 tip şəkərli diabet zamanı müvəqqəti insulinoterapiyaya göstərişlər?
A) Qeyri-proliferativ diabetik retinopatiya, kiçik cərrahi əməliyatlar, piylənmə
B) Peroral şəkərsalıcı preparatlara müvəqqəti əks göstərişlər, uzun müddət sürən
iltihabi proseslər
C) C-peptidin miqdarının kəskin azalması
D) Peroral şəkərsalıcı preparatlara mütləq əks qöstərişlər
E) LADA tip Şəkərli diabet
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для
врачей. М. Берег, 1998.
373) Mədəaltı vəzin Langerqans adacıqlarında hansı hormon ifraz olunmur?
A) Qlükaqon
B) Somatostatin
C) İnsulin
D) Adiuretin
E) Pankreatik polipeptid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»,
Москва, 2004.
374) İnsulin çatışmamazlığı zamanı müşahidə olunur?
A) Hiperqlikemiya, keton cisimlərinin artması, qlikogen sintezinin azalması
B) Qlikogen və qlyukaqonun sintezinin artması
C) Hipoqlikemiya, keton cisimlərinin və qlikogen sintezinin azalması
D) Hipoqlikemiya, qlyukaqonun sintezinin artması
E) Hiperqlikemiya, keton cisimlərinin yaranmasının və qlikogen sintezinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»,
Москва, 2004.
Dostları ilə paylaş: |