242) Yarımkəskin tireoidit zamanı olan tireotoksikozun patogenezində nə durur?
A) Tiroidstimulə edən autoantitellərin sintezi
B) İltihabi prosesə cavab reaksiyası olaraq qalxanabənzər vəzin kompensator
hiperfunksiyası
C) İltihabi prosesə cavab olaraq TTH-ın hipersekresiyası
D) Tirositlərin parçalanması və follikulun içərisində olan kolloidin qan dövranına
keçməsi
E) Qalxanabənzər vəzin hormonlarının hipersekresiyası
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология, Москва, 2008
243) Əməliyyatdan sonrakı diffuz toksik zobun residivlərinin müalicəsi necədir?
A) Propiltiourasillə yarımillik müalicə kursu
B) Xüsusi ixtisaslaşmış cərrahi stasionarda təkrari operativ müdaxilə
C) Radioaktiv yodla müalicə
D) Tirostatiklərlə (merkazolil, propiltiourasil) və immunomodulyatorlarla (timalin,T-
aktivin) müalicə
E) Tiamazolla(merkazolil) yarımillik müalicə kursu
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко, Эндокринология, Москва, 2008