658) Bakteriofaqlar üçün hansı xüsusiyyət səciyyəvidir?
A) anaerob tipli tənəffüs
B) qidalı mühitlərdə böyümə və çoxalma
C) abiotik ilə çoxalma
D) insan üçün patogenlik
E) bakteriyaların hüceyrələrində çoxalma
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
659) Sadalanan bakteriyalardan hansılar obliqat aeroblardır?
A) göyöskürək çöpləri
B) klebsiellalar
C) stafilokoklar
D) bağırsaq çöpləri
E) bakteroidlər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
660) Sadalanan bakteriyalardan hansılar obliqat anaeroblardır?
A) bakteroidlər
B) stafilokoklar
C) klebsiellalar
D) bağırsaq çöpləri
E) göyöskürək çöpləri
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
661) Obliqat anaeroblara molekulyar oksigenin toksiki təsiri hansı maddənin toplanması ilə bağlıdır?
A) qliseraldehidrofosfatın
B) karbon qazının
C) piruvatın
D) qıcqırmanın son məhsullarının
E) hidrogen peroksidin
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |