745) Qarayara basilləri hansı kultural xüsuiyyətlərə malikdirlər?
A) bərk qidalı mühitdə kiçik , şəffaf kənarları düz koloniyalar əmələ gətirirlər
B) bulyonun bulanmasına səbəb olurlar
C) bulyonda plyonka şəklində artırlar
D) aqarın üzərində bir sutkadan sonra nahamar, kənarları düz olmayan şir yalına bənzəyən koloniyalar əmələ gətirirlər
E) bərk qidalı mühitdə 8 həftədən sonra qarışıqlı quru, krem rəngində koloniyalar əmələ gətirirlər
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
746) Meninqokok gəzdirənliyin mikrobioloji diaqnostikası məqsədilə nə müayinə edilir?
A) nəcis
B) burun-udlaqdan götürülmüş seliy
C) likvor
D) sidiy
E) qan
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
747) Göyöskürək törədicisinin yetişdirilməsində hansı mühitlərdən istifadə edilir?
A) Borde-Janqu
B) ödlü bulyon
C) Müller
D) Levin
E) Endo
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |