910) İnsektisidlər hansı yolla təsir etmirlər?
A) Mədə - bağırsaq sistemi ilə
B) tənəffüs yolları ilə
C) Qan damar sistemi ilə
D) Bədən örtüyü ilə
E) Həzm sistemi ilə
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
911) Qanda malyariya plazmodiumlarını aşkar etmək üçün hansı üsul tətbiq edilir?
A) Allergik
B) Seroloji
C) Bakterioloji
D) Bioloji
E) Mikroskopik
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
912) Dezinfeksiya tədbirlərinin hansı növləri vardır?
A) Mexaniki, fiziki, bioloji, kimyəvi
B) Fiziki, bioloji, kimyəvi
C) Mexaniki, bioloji, kimyəvi
D) Mexaniki, bioloji
E) Texniki, kimyəvi, bioloji
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
913) Laboratoriya şəraitində ektoparazitlərin təyinindən sonra iş stolu necə zərərsizləşdirilir?
A) 96°-li spirtlə
B) Adi nəm əski ilə
C) 70%-li spirtlə
D) 5%-li lizol
E) 3%-li lizol
Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.
914) Ətraf mühitdə ektoparazitlərə qarşı aparılan dezinfeksiya işləri neçə faizli effektivliklə qəbul edilir?
A) 90% və daha artıq
B) 60% və daha artıq
C) 70% və daha artıq
D) 10% və daha artıq
E) 50% və daha artıq
Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.
915) Tədris məqsədiylə kolleksiya müqəvvalarının hazırlanması zamanı hansı zərərsizləşdiricidən istifadə olunur?
A) 2%- li formalin
B) 5%- li xloramin məhlulu
C) 10%-li formalin
D) 3%- li lizol
E) Xloramin məhlulu
Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.
916) Epizootoloji müşahidə-müayinə tədbirləri aparmaqdan öncə görüləcək I dərəcəli iş hansıdır?
A) Ərazinin xəritəsini tərtib etmək
B) Epizootoloji kəşfiyyat
C) Epizootoloji faktorların əldə olunması üçün lazım olan vasitə və vəsaitlərin əldə edilməsi və hazırlanması
D) İşləyəcək ərazidə tədbirlərin aparılması üçün müvafiq müəssisələrin rəhbərliyindən icazə vəsiqəsini almaq
E) Təqvim ərazi planı
Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.
Dostları ilə paylaş: |