932) Malyariya zamanı insan nə vaxt infeksiya mənbəyinə çevrilir?
A) Ağcaqanad dişlədikdən dərhal sonra
B) Toxuma şizoqoniyası dövründə
C) Eritrositar şizoqoniyanın birinci siklində
D) Malyariyalı xəstə ilə təmasdan sonra
E) Qanda qametositlər əmələ gəldikdə
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
933) Tropik malyariyanın gedişinin davametmə müddəti adətən (müalicə olunmadıqda və reinfeksiya vermədikdə) nə qədərdir?
A) Bir il
B) İki il
C) Yarım il
D) Məhdudiyyətsiz
E) Altı ay
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
934) Malyariya parazitlərinin hansı mərhələlərinin aşkar olunmasını laboratoriya cavabında nə zaman göstərmək lazımdır ?
A) Lazım deyildir
B) Xəstəliyin bəzi mərhələlərində lazımdır (inkubasiya dövründə)
C) Həmişə lazımdır
D) Ümumi qəbul edilmiş fikir yoxdur
E) Malyariyanın bəzi növlərində (xüsusən də tropik malyariyada) lazımdır
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
935) Malyariya zamanı qan yaxması üçün Romanovski boyasının pH-nın optimal göstəricisi neçəyə bərabərdir?
A) 7,0-7,2
B) 6,2-6,5
C) 4,0-4,5
D) 5,5-6,0
E) 7,5-7,8
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
936) Malyariyaya görə standart müayinə zamanı baxılması vacib olan qalın qan yaxmasının görmə sahəsinin minimal miqdarı neçəyə bərabərdir?
A) 200
B) 300
C) 10
D) 100
E) 50
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
937) Oval malyariya törədiciləri ilə zədələnmış eritrositdə azurofil elementlər necə adlanır?
A) Piqment
B) Şüfner dənəcikləri
C) lentşəkilli trofozoitlər
D) Maurer ləkələri
E) Ceyms dənəcikləri
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
938) Tropik malyariya törədiciləri ilə zədələnmış eritrositdə azurofil elementlər necə adlanır?
A) Maurer ləkələri
B) lentşəkilli trofozoitlər
C) Ceyms dənəcikləri
D) Piqment
E) Şüfner dənəcikləri
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
939) Üçgünlük malyariya törədiciləri ilə zədələnmış eritrositdə azurofil elementlər necə adlanır?
A) Ceyms dənəcikləri
B) Maurer ləkələri
C) Piqment
D) Lentşəkilli trofozoitlər
E) Şüfner dənəcikləri
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
Dostları ilə paylaş: |