783) Spiroxetlər hansı üsulla boyanırlar?
A) Romanovski – Gimza üsulu ilə
B) Sil - Nelsen üsulu ilə
C) Zdrodovski üsulu ilə
D) Neyser üsulu ilə
E) Gins üsulu ilə
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
784) Hansı helmintin yumurtaları ən böyük ölçüyə malikdir?
A) opistorxun
B) askaridin
C) tükbaş qurdun
D) bizquyruğun
E) fassiolanın
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
785) Nəcisin Kato metodu üzrə müayinəsi zamanı lazım olan reaktivlər və avadanlıq qismində nə istifadə edilmir?
A) qliserin
B) fenol
C) hidrofil sellofan
D) malaxit yaşılı
E) hidrogen peroksid
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
786) Sadalanan əlamətlərdən hansı ankilostomatidlərin yumurtaları üçün xas deyil?
A) forması ovaldır
B) ankilostomanın yumurtası nekatorun yumurtasından çətin fərqlənir
C) yumurtası səffafdır,içərisində 2-4 kürəvari bölmə yerləşir
D) təzə ifraz edilmiş yumurtada sürfə vardır
E) yumurtaların ölçüsü, demək olar ki, askaridlərdə olduğu kimidir
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
787) Xəstənin sidiyini müayinə edərkən terminal tikanları olan iri ölçülü helmint yumurtaları aşkar edilmişdir. Bu, hansı helmint üçün xarakterdir?
A) askaridlər
B) ankilostomalar
C) sidik-cinsiyyət şistosomları
D) tükbaş qurd
E) bizquyruq
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Dostları ilə paylaş: |