118) Bir neçə ölkədə və ya qitədə yayılan kütləvi xəstəliklər necə adlanır ?
A) Sporadik xəstəliklər
B) Epidemiya
C) Ekzotik xəstəliklər
D) Endemiya
E) Pandemiya
Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990
119) Vərəm zamanı hansı allergik sınaq qoyulur?
A) Dik
B) Şik
C) Bürne
D) Frenkel
E) Mantu
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
120) Sadalanan infeksiyalardan hansı zoonozlara aiddir?
A) Difteriya
B) Sifilis
C) Qarın yatalağı
D) Skarlatina
E) Tulyaremiya
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
121) Bu mikroblardan hansı xüsusi təhlükəli zoonoz infeksiyasının törədicisidir?
A) S.typhi
B) S.aureus
C) M.tuberculosis
D) Clostridium tetani
E) Yersiniya pestis
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |