394) Kimyəvi dezinfeksiya vasitələri hansı şərtlərə cavab verməlidir?
A) Suda həll olmamalıdır
B) İnsanlara və heyvanlara toksik təsir göstərməlidir
C) Bakteriostatik təsir etməlidir
D) Kiçik konsentrasiyalarda və qısa müddətdə yoluxucu xəstəliklərin törədiсilərini öldürməlidir
E) Zərərsizləşdirilən mühitdə qoruyucu üzvi maddələr olduqda bakterisid təsir göstərməməlidir
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
395) Fenolun saxlanma müddəti nə qədərdir?
A) 2-3 saat
B) 1 gün
C) 5-7 gün
D) Qeyri-müəyyən uzun müddətə
E) 1 ay
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
396) Hidrogen peroksid məhlullarının dezinfeksiya aktivliyini neсə artırmaq olar?
A) Dondurmaqla
B) Fenol əlavə etməklə
C) Səthi-aktiv maddələr əlavə etməklə
D) Qızdırmaqla
E) Ammonium birləşmələrini əlavə etməklə
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
397) Xlortərkibli preparatların antimikrob aktivliyinin artırılmasının hansı üsulları vardır?
A) Qızdırılma
B) Qələviləşdirmə
C) Dondurulma
D) Qaynadılma
E) Məhlulların ammonyakla aktivləşdirilməsi
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
Dostları ilə paylaş: |