Epidemiologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu
Epidemiologiya, İmmunoprofilaktika
1) Epidemiologiya xəstəlikləri hansı səviyyədə öyrənir?
A) Orqanizm səviyyəsində
B) Orqan səviyyəsində
C) Toxuma səviyyəsində
D) Hüceyrə səviyyəsində
E) Populyasiya səviyyəsində
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
2) Klassik epidemiologiyanın öyrənmə obyekti nədir?
A) Qeyri-infeksion xəstəliklərlə xəstələnmə
B) Epidemik proses
C) İnfeksion proses
D) Epifitotik proses
E) Epizootik proses
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
3) “Ekzotik" xəstələnmə dedikdə nə başa düşülür?
A) Həmin ərazi üçün xarakterik olmayan infeksion xəstəliklər
B) Həmin ərazi üçün xarakterik olan infeksion xəstəliklər
C) Həmin ərazi üçün xarakterik olan qeyri – infeksion xəstəliklər
D) Həmin ərazi üçün xas olmayan somatik xəstəliklər
E) Həmin ərazi üçün xarakterik olan endemik xəstəliklər
Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990
Dostları ilə paylaş: |