248) Vaksin preparatlarına adyuvantlar hansı məqsədlə əlavə olunur?
A) İmmunogenliyin artırılması üçün
B) Reaktogenliyin azaldılması üçün
C) Termolabilliyin artırılması üçün
D) Stabilliyin artırılması üçün
E) Zərərsizliyin azaldılması üçün
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
249) ÜST-ün genişləndirilmiş immunizasiya proqramı aşağıdakı infeksiyalardan hansına qarşı mübarizəyə yönəldilməmişdir?
A) Qarın yatalağı
B) Vərəm
C) Qızılca
D) Tetanus
E) Poliomielit
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
Dostları ilə paylaş: |