Ərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 150,64 Kb.
Pdf görüntüsü
tarix06.06.2020
ölçüsü150,64 Kb.
#31794
Genetika


       AZ

ƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

                         

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

 

 

                                                       

“  TƏSDİQ EDİRƏM ” 

Elm və innovasiyalar üzrə prorektor 

_____________prof. A.H.Kazımzadə 

“______”  “___________________”2018-ci il 

Biologiya fakültəsinin dekanı 

_________________prof. A.Ə.Quliyev 

Fakültə Tədris-Metodik Şurasının sədri 

__________________prof.Z.M.Məmmədov 

 

 

    

İPF-BIZa <>  ixtisası üzrə doktoranturaya  

                               

Qəbul imtahanının 

 

 

                             PROQRAMI 

 

 

Tərtib edənlər:            k.t.e.d., prof. R.Quliyev 

                                      b.e.d., prof.M.Babayev 

                                      b.e.d., prof.E.Axundova 

 

 

 

 

Bakı Dövlət Universiteti Biologiya  

fakültəsinin Elmi Şurası tövsiyyə etmişdir. 

Protokol 

, 05.12.2018-ci il. 

 

 



 

                                 BAKI-2018 



 

 

 

GENETİKA  SELEKSİYANIN  ƏSASLARI 

 

 



Genetika bir elm kimi bu gün bioloji elmləri birləşdirir və istiqamətləndirir. Bu onunla 

bağlıdır  ki,  genetika  elmi  canlıların  mütəşəkkilliyinin  bütün  səviyyələrində  (molekulyar, 

hüceyrə, orqanizm və populyasiya) iki fundamental xüsusiyyəti-irsiyyət və dəyişkənliyi öyrənir. 

 

Bu  fənnin  məqsədi-dialektik  materializm  əsasinda  tələbələrə  irsiyyətin  tamlığı  və 



diskretliyi, irsiyyətin maddi vahidi olan gen və onun dəyişməsi, genetikanın əsas üsulu-genetik 

analiz  və  onun  həlledici  qabiliyyəti,  genetika  elminin  digər  bioloji  elmlərlə  və  praktika  ilə 

(seleksiya, t

ibb biotexnologiya) əlaqəsi haqqında təsəvvür verməkdən ibarətdir. 

 

Genetika fənninin öyrənilməsi praktiki və seminar məşğələlərinin keçirilməsini tələb edir. 



 

Tədris  prosesində  tablolardan,  diopozitivlərdən,  kinofilmlərdən,  texniki  vəsaitlərdən  və 

müasir 

kompüterlərdən istifadə etmək lazımdır. 



 

Fənin mənimsənilməsi məqsədi

 

Bioloji elmlərin açarı sayılan  “genetika” fəninin məqsədi müasir tələblərə cavab verən, 



dərin  nəzəri və praktiki  hazırlığa malik olan, biotexnologiya sahəsində müvəffəqiyyətlər əldə 

etməyi bacaran yüksək ixtisaslı bioloqları yetişdirməkdən ibarətdir. 

 

Digər fənlər strukturunda yeri və əlaqəsi. 

 

Genetika fənni bakalavr hazırlığında baza fənlərinə daxildir. Genetika  fənni mütəxəssis  



hazırlığında  kimya  (üzvi  kimya),  riyaziyyat  və  fizika  fənləri  ilə  bilavasitə  sıx  bağlı  olub,  bu 

fənlərin öyrənilməsi nəticəsində əldə edilmiş bilik və bacarıqlara istinad edir. 

Fənnin mənimsənilməsi nəticəsində bakalavrlar 

Bilməlidirlər: 

XXI əsrdə insanların artan tələbatının ödənilməsində genetikanın nəzəri əsaslarına uyğun 

seleksiyanın  qarşısında  duran  əsas  məsələləri,  yeni  bitki  sortları,  heyvan  cinsləri  və 

mikroorqanizm stammlarının yaradılması yollarını, irsiyyət və dəyişkənliyin, həmçinin mühitin 

rolunu və insanların sağlamlığına yönəlmiş müasir tədbirləri. 

 

Bacarmalıdırlar

 

Bakalavr  səviyyəsində genetika və seleksiyanın əsas qanunauyğunluqlarını dərk etməyi, 



çirklənmiş ətraf mühitin (fiziki və kimyəvi amillərin) canlı orqanizmlərdə törədə biləcəyi zərərli 

mutasiyalar  haqqında  mühakimə  yürütməyi,  mikroskopdan  istifadə  etməklə  normal  

xromosomları  zədələnmiş  xromosomlardan  fərqləndirməyi,  bitki  və  bəzi  heyvan  obyektləri  ilə 

təcrübə qoymağı. 

 

Yiyələnməlidirlər: 


İrsiyyətin  maddi  əsaslarına,  Mendelin  irsilik  qanunauyğunluqlarına,  qeyri-allel  genlərin 

qarşılıqlı  təsirinin  müxtəlifliyinə,  cinsiyyətin  təyini  və  krossinqoverin  mexanizminə, 

dəyişkənliyin  öyrənilməsinə  və  onun  seleksiyada  əhəmiyyəti  haqqında  biliklərə,  gen  və  onun 

quruluşu haqqındakı məlumatlara, genetikanın tətbiq sahəsi olan seleksiyanın genetik əsaslarına, 

o cümlədən sort və cinslərin alınma üsullarına, insan genetikası və onun öyrənilməsi üsullarına, 

biotexnologiyanın müasir üsullarına. 



 

Kursun mövzular və saatlar üzrə bölgüsü 



Mövzuların adı 

saatlar 

müh. 

lab. 

1. 


Genetikanın üsulları, məsələləri, inkişaf mərhələləri. Irsiyyətin 

maddi əsasları. 

2 s. 

2 s. 


2. 

Irsiyyətin molekulyqar əsasları. 

2 s. 

2 s. 


3. 

Q.Mendelin üsulları. Monohibrid və polihibrid çarpazlaşma. Qeyri-

allel genlərin qarşılıqlı təsiri. 

2 s. 


2 s. 

4. 


Ilişikli irsilik və krossinqover. 

2 s. 


2 s. 

5. 


Prokariotlarda genetik analiz.  Nüvədənkənar irsiyyət. 

2 s. 


2 s. 

6. 


Irsi və qeyri-irsi dəyişkənlik. 

2 s. 


2 s. 

7. 


Xromosom dəyişilmələri. Gen mutasiyaları. 

2 s. 


2 s. 

8. 


Genin strukturu. 

2 s. 


2 s. 

9. 


Genetik 

proseslərin molekulyar mexanizmləri. 

2 s. 

2 s. 


10. 

Fərdi inkişafın genetikası. 

2 s. 

2 s. 


11. 

Gen  mühəndisliyinin əsasları. 

2 s. 

2 s. 


12. 

Populyasiya və təkamül genetikası. 

2 s. 

2 s. 


13. 

Insan genetikası. 

2 s. 

2 s. 


14. 

Seleksiyanın genetik əsasları (bitkilərin seleksiyası). 

2 s. 

2 s. 


15. 

Seleksiyanın genetik əsasları (heyvanların seleksiyası). 

2 s. 

2 s. 


 

Cəmi  60 s. 

30 

30 


 

1. 

Giriş.  Genetikanın  məqsədi,  üsulları,  məsələləri  və  inkişaf  mərhələləri.  Mitoz  və 

meyoz. Mitotik tsikli və mitozun fazaları. Meyoz və qametlərin əmələ gəlməsi. Meyozun fazaları 

və  mərhələləri.  Xromosomların  konyuqasiyası.  Xromosom  sayının  reduksiyası.  Mitozun  və 

meyozun genetik rolu. 

Genlərin  birləşməsi  və  rekombinasiyası  üçün  haplo  və  diplofaza  dəyişilmələrinin 

əhəmiyyəti. Kariotip. Somatik hüceyrələrdə xromosomların cüt olması. Homoloji xromosomlar. 



Xromosomların  morfologiyasının  və  sayının  spesifikliyi.  Xromosomların  quruluşu:  xromatid, 

xromonem,  xromosomların  heteroxromatın  və  euxromatin  sahələri.  Xromomer.  Sentromer. 

Mitozun  və  meyozun  gedişində  xromosomların  morfologiyasının  və  mütəşəkkilliyinin 

dəyişilməsi. Nəhəng xromosomlar. (1,2 ,10, 13, 22).   

2.  Nuklein    turşularının  genetik  rolunun  sübutu  (transformasiya  və  transduksiya. 

F.Qriffitsin,  O.Everinin,  C.Lederberq

in  və  Sinderin  işləri).  DNT-nin  və  RNT-nin  strukturu. 

Uotson və Krikin DNT modeli. Genetik informasiyanın realizə  olunmasında nuklein turşularının 

funksiyası: replikasiya, transkripsiya və translyasiya, DNT-nin və RNT-nin strukturu.  

Genetik  kod.  Kodun  tr

ipletlərdən  qurulmasının  sübutu.  Genetik  xüsusiyyətləri.  Kodun 

universallığı. Prokariot və eukariot orqanizmlərin xromosomlarının molekulyar mütəşəkkillliyi. 

Xromatinin komponentləri: DNT, RNT, histonlar, digər zülallar. (2, 5, 10, 13, 14, 21,  22). 

3.  Men


delin  kəşf  etdiyi  monohibrid  çarpazlaşmada  irsiyyətin  qanunauyğunluğu:  birinci 

nəslin  eyniliyi,  ikinci  nəslin  parçalanması  qanunları.  Analizedici  çarpazlaşma.  Genotip  və 

fenotip. 

Əlamətin  monogen nəzarəti və müxtəlif tip allellərin qarşılıqlı təsiri nəticəsində ikinci 

nəsildə  və  analizedici  çarpazlaşmada  fenotip  və  genotipə  görə  parçalanma  –  3:1;  1:2:1;  1:1. 

dominantlığın  nisbiliyi.    Qeyri  –  allel  genlərin  qarşılıqlı  təsiri:  komplementar,  epistaz. 

Polimeriya.  Modifikasiya  və  pleyotrop.  Genlərin  qarşılıqlı  təsirinin  biokimyəvi  mexanizmi. 

Kəmiyyət  əlamətlərinin  irsiliyinin  xüsusiyyətləri.  Kəmiyyət  əlamətlərinin  öyrənilməsində 

statistik üsulların istifadəsi. Genotip haqqında təsəvvürlər – allel və qeyri-allel genlərin qarşılıqlı 

təsiri kimi. Penetrantlıq və ekspressivlik. (2, 5, 11, 13, 15, 21, 22, 23).  

4.  Cinsiyyət    xromosomları,  homo-  və  heteroqamet  cinsiyyət,  cinsiyyətin  təyininin 

xromosom  tipləri.  Cinsiyyətlə  ilişkili  əlamətlərin  irsiliyi.  Cinsiyyətlə  ilişkili  əlamətlərin 

öyrənilməsində resiprok çarpazlaşmaların  əhəmiyyəti. Xromosomların ayrılmaması nəticəsində 

irsilik. Cinsiyyətin təyinində balans nəzəriyyəsi. Kinandromorfizm. 

Ilişikli    irsiliyin  kəşfi.  Ilişikli  irsiliyin  öyrənilməsində  Morqan  məktəbinin  işlərinin 

əhəmiyyəti. Ilişikli irsiliyin xüsusiyyətləri. Ilişikli qruplar. Krossinqover. Meyozun və mitozun 

dörd  tel  mərhələsində  krossinqoverin  baş  verməsinin  sübutu.  Krossinqoverin    öyrənilməsində  

analizedici  çarpazlaşmanın  və  tetrad  analizin  əhəmiyyəti.  Krossinqoverin    sitoloji  sübutları.  

Çoxsaylı    krossinqover.  Interferensiya.  Genlərin  xromosomlarda  bir  xətt  üzrə    yerləşməsi. 

Mitotik  krossinqover  və  onun  xromosom  xəritəsinin  tərtib  edilməsində  istifadəsi.  Morqanın 

irsiyyətin xromosom nəzəriyyəsi və onun əsas müddəaları. (1, 2, 21, 24, 25). 

5.  Transfor

masiya  zamanı  genetik  rekombinasiya.  Bakteriyalarda  transduksiya. 

Plazmidlər. Episomlar və  miqrasiya edən genetik elementlər (transpozonlar) haqqında anlayış. 

Onların genetik informasiyanın ötürülməsində rolu. 


Qeyri-

xromosom  irsiliyin  qanunauyğunluqları  və  xromosom  irsiliyindən  fərqi.    Ana 

fərdin sitoplazmasının effekti. Ali  bitkilərdə alabəzəkliliyin nəslə keçməsi tipləri və mexanizmi. 

Plastid  irsiyyət.  Mitoxondrilərlə  keçən  irsiyyət.    Plazmid  irsilik.  Plazmidlərin  pro-  və 

eukariotlarda  yayılması.  Bitkilərdə  erkək  sitoplazmatik  irsiyyət.  Qeyri-xromosom  irsiliyin  

öyrənilməsinin təkamül problemlərinin anlayışında əhəmiyyəti. (4, 8,  10, 12, 21, 24, 25). 

6.  Irsi    və  qeyri-irsi  (modifikasiya)  dəyişkənlik  haqqında  anlayış.  Modifikasiya 

dəyişkənliyi.  Əlamətlərin  formalaşması  mühitin  amillərinin  və  genotipin  qarşılıqlı  təsirinin  bir 

nəticəsi  kimi.  Genotipin  reaksiya  norması.  Modifikasiyanın  adaptiv  xüsusiyyəti.  

Modifikasiyaların qeyri-irsi xüsusiyyətləri. 

Irsi  dəyişkənliyin  tipləri:  kombinativ  mutasiya.  Kombinativ  dəyişkənlik,  onun  yaranma 

mexanizmi,  təkamüldə  və    seleksiyada  rolu.  Genom  dəyişkənliyi:  poliploidiya.  Aneuploidiya. 

Avtopolipsoidlər.  Amfidiploidiya  –  döllü  allopoliploidlərin  əmələgəlmə  mexanizmi  kimi. 

Poliploid  sıralar.  Poliploidiyanın  təkamüldə  və  seleksiyada  rolu.  Aneuploidlərdə    meyozun 

xüsusiyyətləri və  qametlərin əmələ gəlməsi, onların həyat qabiliyyəti və döllüyüyü. (2, 4, 8, 12, 

13, 21, 23, 24).



 

7.  Xromosomdaxili    və  xromosomlararası    dəyişilmələr:  delesiyalar,    duplikasiyalar, 

inversiyalar, 

transpozisiyalar.  Onların  yaranma  mexanizmləri  və  genetik  analizdə  genlərin 

yerləşməsinin müəyyənləşməsi. Müxtəlif tip xromosom dəyişmələrində meyozun xüsusiyyətləri. 

Gen  mutasiyalarının  təsnifatı.  Düzünə  və  geri  dönən  generativ  və  somatik,  adaptiv  və 

neyt

ral,  letal  və  şərti  letal,  nüvə  və  nüvədənkənar,  spontan  və  induksiya  olunmuş  mutasiyalar 



haqqında  təsəvvürlər.  Molekulyar  təbiətli  gen  mutasiyalarının  yaranmasının  ümumi  xassəsi: 

əsasların  dəyişilməsi, əvəz olunması, əsasların əlavə olunması və ya itməsi. 

Radiasion  mutagenez: ionlaşdırıcı və ultrabənövşəyi (UB) şüalanmaların genetik effekti. 

“Doza-effekt”  qanunauyğunluqları.  Kimyəvi  mutagenez.  Kimyəvi  mutagenlərin  təsirinin 

xüsusiyyətləri. ətraf mühitin mutagenləri və onların testləşdirmə üsulları. 

Antimutagenez. Irsi dəyişkənlikdə homoloji sıralar qanunu (N.İ.Vavilov). Orqanizmlərin 

irsi dəyişkənliyinin təkamül və seleksiya prosesləri üçün əhəmiyyəti. (1, 2, 4, 12, 21, 24, 25). 

8.  Morqan  məktəbinin  genin  quruluşu  və  funksiyası  haqqında  təsəvvürləri.  Allelizmin 

funksional və rekombinasion analizi. 

Allellər  çoxluğu.  Genin  mutasion  və  rekombinasion  bölünməsi.  A.S.Serebrovski 

məktəbinin  pilləli  allelizm  haqqında  işləri.  Psevdoallelizm.  Sis-trans-test  allelizm  kriterisi  ilə 

müqayisəsi.  S.Benzerin  T4-faqında  genin  incə  quruluşu  haqqında  tədqiqatları.  Gen-funksiya 

vahidi  kimi.  Allellərarası  komplementasiya  hadisəsi,  allelizm  kriterisinin  nisbiliyi.  Genin  incə 

quruluşunun tədqiqinə molekulyar-genetik yanaşma. (3, 5, 8, 12, 19, 21, 23, 24, 25). 



9.  Replikasiyan

ın  molekulyar  mexanizmi  və  genetik  nəzarət.  DNT-nin  replikasiyasında 

yarımkonservativ  üsul.  Replikon  haqqında  anlayış.  DNT-də  struktur  pozulmaların  tipləri. 

Reparasiya proseslərinin tipləri. DNT-nin reparasion sintezi. Rekombinasiya hadisələri; homoloji 

krossinqover, saytspesifik  rekombinasiya, transpozisiya. 

“Qırılma-birləşmə” sxemi üzrə ümumi 

rekombinasiya    mexanizminin  sübutu.  Xollideyə  görə  rekombinasiyanın  molekulyar  modeli. 

Genlərin  təsirinin  tənzim  olunmasında  molekulyar  mexanizmlər.  Promotor  səviyyəsində 

transkripsiyanın    tənzim  olunması.  RNT-polimerazanın  funksiyası.  Operon  sisteminin 

tənzimlənməsi. Jakob və Mono nəzəriyyəsi. Laktoz operonun genetik analizi; tənzimləyici gen 

və  operator  gen.  Zülalların  sintezinin  tənzimlənməsində  posttranskripsion  səviyyə.  Miqrasiya 

edən genetik elementlərin genin təsirinin tənzimlənməsində rolu. (4, 5, 8, 9, 10, 12, 21, 23, 24, 

25). 

10.  Fərdi    inkişaf  prosesində  genomun  stabilliyi  və  genlərin  differensial  aktivliyi. 



Sitoplazmanın  ikin  differensiasiyası,  erkən  embriogenezdə  genlərin  təsiri.  Genlərin 

amplifikasiyası.  Nüvələrin  transplantasiyalarına  dair  tədqiqatlar.  Ontogenezdə  xromosomların 

funksional dəyişkənliyi,  hormonların və embriona  induktorların rolu. Ontogenezdə əlamətlərin 

əmələ  gəlməsini  müəyyənləşdirən  amillər;  genlərin  pleyotrop  təsiri.  Genlərin  və  hüceyrələrin 

mübadiləsi.  Determinasiya.  Somatik  hüceyrələrin  genetikası.  Heterokarionlar.  Allofen  (ximer)  

heyvanlar.  Toxumaların  uyğunluğu  və  qeyri-uyğunluğu.  Immunitetin  genetikası.  Ontokenezin 

genetik  aspek

tləri. Onkogenlər. Onkozülallar. Ontogenez  prosesində cinsiyyəti müəyyən edən 

mutasiyalar.  Orqanizmlərin  genetik  biseksuallığı.  Cinsiyyətin  differensiasiyasında  genetik 

nəzarət. Cinsiyyətin dəyişməsində hormonların təsiri. (1, 2, 4, 5, 12, 21, 23, 24, 25). 

11. Gen mühəndisliyinin əsas məsələləri və metodologiyası. Vektorlar haqqında anlayış. 

Genlərin sintezi və ayrılması üsulları. Plazmid və DNT faqının əsasında prokariotların vektorları. 

Rekombinativ DNT molekulunun alınma üsulları, genlərin klonlaşdırma üsulları. Genlərin bankı. 

Eukariot vektorları. Maya göbələyi-gen mühəndisliyinin obyekti kimi. Bitkilərdə və heyvanlarda 

gen  mühəndisliyinin  əsasları:  ali  orqanizmlərin  hüceyrələrində  transformasiya,  heyvanların 

rüşeym və somatik hüceyrələrinə  genləri daxil etmə, hüceyrə mühəndisliyinin  məsələləri. 

Biotexnologiyanın, kənd təsərrüfatının, tibbin, ekoloji problemlərin və xalq təsərrüfatının 

müxtəlif  sahələrinin    məsələlərinin  həllində  gen  mühəndisliyinin  əhəmiyyəti.  Gen 

mühəndisliyinin sosial problemləri. (3,4, 5, 9, 12, 21, 23, 24, 25). 

12. Növ və populyasiya  haqqında anlayış. Populyasiya genetikasında riyazi modelləşmə. 

Hardi- 

Vaynberq  qanunu  və  onun  istifadə  imkanları.  S.S.Çetverikov  –  təcrübi  populyasiya 



genetikasının  banisi.  Təbii    populyasiyanın    öyrənilmə  üsulları.  Populyasiyanın    genetik 

tərkibinin  dinamikasının  amilləri:  panmiksiyanın  pozulması.    Populyasiyanın  sayının  azalması 

(genlərin  dreyfi),  mutasiya  prosesi,  populyasiyalararası  miqrasiya.  Seçmənin  təsiri. 


Populyasiyadaxili    genetik  polimorfizm 

və  genetik  yük  haqqında  anlayış.  Təbii  seçmə  - 

populyasiyaların təkamülündə vahid istiqamətverici bir amil kimi. Uyğunlaşma və seçmə əmsalı 

haqqında  anlayış.  Təkamülün  molekulyar-genetik  əsasları.  Tibbi  genetika  və  seleksiya  üçün 

populyasiya genetikasının əhəmiyyəti. (2, 4, 5, 9, 10, 12, 21, 23, 24). 

13.  Insan    genetikasının  öyrənilmə  üsulları:  geneoloji,  əkizlər,  sitogenetik,  biokimyəvi, 

ontogenetik,  populyasiya  və  toxuma  kulturası.  Insanın  kariotipi,  genotip  və    mühit 

problemlərinin həllində əkizlər üsulindan istifadə edilməsi. Molekulyar-genetik üsullar əsasında 

insan genomunun strukturunun və aktivliyinin öyrənilməsi. 

Tibbi  genetikanın  problemləri.  Irsi  xəstəliklərin  insan  populyasiyalarında  yayılması. 

Irsiyyət və  anadangəlmə anomaliyalar haqqında  məlumat. Xromosom və gen xəstəlikləri. Gen 

qüsurlarının skrininqi. Insanın  immunogenetikası və hemolitik anemiyalar. Irsi və anadangəlmə 

xəstəliklərin  səbəbləri.  Radiasiya  və  kimyəvi  maddələrin  genetik  təhlükəsi.  Alkoqolun 

hüceyrənin  irsi  strukturuna  təsiri.  Gen  terapiyasının  perspektivləri.  Tibbi  genetik 

məsləhətxanaların  vəzifələri.  Genetik  nöqteyi-nəzərdən  irqçilik  nəzəriyyələrinin  tənqidi.  Təbi 

mühitin qorunmasında cəmiyyətin rolu. Genetik və sosioloji amillərin insanın təkamülündə rolu. 

(3, 4, 5, 9, 10, 12, 21, 23, 24, 25). 

14.  Seleksiya  bir  elm  kimi,  onun  predmeti  və  tədqiqat  üsulları.  Genetika  seleksiyanın  

nəzəri  əsası  kimi.  Başlanğıc  material  haqqında  təlim,  N.İ.Vavilova  görə    mədəni  bitkilərin 

mənşəyinin  mərkəzləri.  Sort,  ştamm  haqqında  anlayış.  Mədəni  və  yabanı  bitki  formalarının 

genofondunun  saxlanılması.  Bitkilərin  seleksiyasında  süni    mutasiyaların  və    kombinativ 

dəyişkənliyin istifadəsi. Gen mühəndisliyi üsullarının seleksiya işində  perspektivliyi. Bitkilərin  

məhsuldarlığının artırılmasında poliploidiyanın rolu. Bitki seleksiyasında çarpazlaşma sistemləri. 

Autbridinq.  Inbridinq.  Təmiz  və  ya  insuxt  xətlər.  Uzaq  hibridləşmə.  Inbridinq  əmsalı-

orqanizmlərin  homoziqotluq  dərəcəsinin  göstəricisi  kimi.  Hrterozis  hadisəsi  və  onun  genetik 

mexanizmləri.  Bitkiçilikdə  sadə  və  ikiqat  xətlərarası  hibridlərin  istifadəsi.  Erkək  sitoplazmatik 

dölsüzlük  (ESD)  əsasında  hibrid  toxumların  istehsalı.  Irsilik  əmsalı.  Təkrarlanma  və  onun 

seleksiya prosesində istifadəsi. (7. 8, 9. 12, 14, 21, 24). 

15.  Ev  heyvanlarının  əhliləşdirilməsinin  tarixi.  Mədəni  və  yabanı  heyvan  formalarının 

genofondunun  saxlanılması.  Heyvanların  seleksiyasında  süni  mutasiyaların  və    kombinativ  

dəyişkənliyin  istifadəsi.  Azərbaycanda    ev  heyvanlarının  seleksiyası  haqqında.  Biotexnologiya 

və gen  mutasiyaları. Allofen  heyvanların alınması. (2, 4, 5, 10, 12, 21, 24). 

 

ƏDƏBİYYAT 

1. Axundov M.A., İsmayılov A.S. Genetika. “Maarif”, Bakı, 1981. 

2. Айала  Ф., Каигер Дж. Современная генетика. М., «Мир», 1988. 


3. 

Бочков Н, П. Захаров А.Ф., Иванов В.И. «Медицинская генетика», М., Медицина, 1984. 

4. Гершензон С.М. Основы современной генетики. Киев, «Наукова Думка», 1983. 

5. Гершкович И. Генетика, М., Наука, 1968. 

6. Грин Н., Статут У., Тейлор Д. «Биология», 1990. 

7. Quliyev R.Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, BDU nəşriyyatı, 1993. 

8. 

Дубини Н.П. Общая генетика. М., Наука, 1986. 



9. Инге-Вечтомов С.Г. Введение в молекулярного генетику. М., Высшая школа, 1983. 

10. Инге-Вечтомов С.Г. Генетика с основами селекции. Москва, Высшая школа, 1989. 

11. Кемп П., Армс К.  Введение в биология. М., Мир, 1988. 

12. Лобашев М.Е. Генетика, изд-во ЛГУ, 1969. 

13.  Лобашев  М.Е.,  Ватти  К.В.,  Тихомирова  М.М.    Генетика  с    основами  селекции.  М., 

Просвещение, 1979. 

14. Медведев Н.Н. Практикум  по генетике. Изд-во Наука, 1966. 

15.  Орлова Н.Н. Генетический анализ. Москва, изд-во МГУ, 1991. 

16. Реивн П., Эверт Р., Айкхори С. Современная ботаника. М., Мир. 1990. 

17. Фогель Ф., Мотульски А. Генетика человека. М., Мир, 1990. 

18

. Məcnun Babayev, Məcid Məcidov. Genetikadan praktikum, “Çaşıoğlu”, 2006. 



19.  Стеранов  В.М.  Молекулярная  биология.  Структура  и    функции  белков,  М.,  «Вышая 

школа», 1996. 

20.  Приходченко  Н.Н.,  Шкурат  Т.П.  Основы  генетики  человека.  Ростов  на  Дону, 

«Феникс», 1997. 

21. Rauf Quliyev, Kamil

ə Əliyeva. Genetika, BDU, 2002. 

22. Məcnun Babayev. Genetikadan məsələlər (izahlı, həlli ilə), “Çaşıoğlu”, 2006. 

23. 


Стент Г., Келиндар Р. Молекулярная генетика. М., «Мир», 1981. 

2

4. И.Ф.Жимулёв. Общая и молекулярная генетика. Новосибирск, 2003. 



25. У.Клаг, М.Каммингс. Основы генетики, Москва, 2009. 

26.  Babayev 



М. Molekulyar genetikadan mühazirələr. Bakı, BDU, 2006. 

 

Yüklə 150,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin